Accessibility links

Bu gün Ukrayna hökumətinin nümayişçilərə hökumət binalarını tərk etmək üçün qoyduğu son müddət başa çatsa da, rusiyapərəst nümayişçilər buna məhəl qoymayaraq binanı tərk etməyiblər. Ukrayna prezidenti hərbi müdaxiləni istisna etməyib.

Onlarla nümayişçi Ukraynanın Qorlivka şəhərində polis qərargahının şüşələrini sındıraraq polislə toqquşub və insidentlər sonra nümayişçilər obyektin nəzarətini ələ keçirib. İnsident zamanı çəkilən video göstərir ki, hadisə yerinə təcili tibbi yardım maşını gələndən sonra yaralılara yardım göstərilir.

Rusiyapərəst nümayişçilər keçən ay Krımda olduğu kimi Ukraynadan ayrılıb Rusiyaya birləşmək üçün referendum keçirilməsini tələb edirlər.
XS
SM
MD
LG