Accessibility links

Ukraynanın silahla təminatı müzakirə mövzusudur [Video]


Hazırda Amerika Birləşmiş Ştatları Ukraynaya dəstəyini qeyri-letal silah və nəqliyyat vasitələri ilə məhdudlaşdırıb

ABŞ vitse-prezidenti Co Bayden Rusiyanın Ukraynadakı təcavüzünü tənqid edib, lakin ABŞ-ın Ukraynanı öldürücü silahla təmin etməsi barədə danışmayıb. O, bu sözləri prezident Petro Poroşenko ilə görüşün daxil olduğu Ukrayna səfəri başa çatmamış bildirib. Lakin vitse-prezident bildirib ki, ABŞ Ukraynanın silahla təchizatını müzakirə etməlidir.

Ukrayna prezidenti Petro Poroşenko ilə görüş zamanı vitse-prezident Co Bayden deyib ki, Rusiyanın Ukraynadakı zorakılığı sentyabrda imzalanmış atəşkəs razılaşmasının “açıq-aşkar pozulmasının” işarəsidir.

“Biz Rusiyadan daha da təhrikedici hərəkətlərə və yaxın zamanlarda Rusiyanın imzaladığı razılaşmaya qarşı açıq-aşkar hömətsizliyə şahid olmuşuq” - ABŞ vitse-prezidenti bildirib.

ABŞ və digər Qərb dövlətləri Rusiyanı Ukraynada fəaliyyət göstərən rusiyapərəst separatçıları silah və qoşunlarla təmin etməkdə ittiham edir.

Amerika Birləşmiş Ştatları Ukraynaya dəstəyini qeyri-letal silah və nəqliyyat vasitələri ilə məhdudlaşdırıb. Lakin Milli Təhlükəsizlik müşavirinin müavini Toni Blinken bildirib ki, Ukraynanı ölümcül silahla təmin etmə məsələsi aradan qaldırılmayıb və bu mövzu ilə əlaqəli müzakirələr davam edir: “Bu məsələ hələ də masadadır. Biz hələ də müzakirələr aparırıq.”

Blinken Senat panelinə bildirib ki, Rusiyanın Ukraynadakı zorakılığı daha kəskin reaksiya tələb edir.

“Rusiyanın imzaladığı Minsk sazişini ciddi şəkildə pozduğunu nəzərə alsaq, onları gələcək zorakılıqlarının qarşısını almağın yeganə yolu Ukrayna qüvələrinin gücünü artırmaq, onları ölümcül müdafiə silahları və avadanlıqları ilə təmin etmək lazımdır" - deyə cənab Blinken vurğulayıb.

Blinkenin mövqesini dəstəkləyənlər də var. Respublikaçı konqresmen Stiv Stokman bildirib ki, Ukrayna özünü müdafiə etməlidir: “Ukraynada baş verən hadisələri görmək üçün şəkillərə baxmaq çox vacibdir, lakin insanlar artıq orada baş verən hadisələrə baxa bilmir. Və biz hələ də susuruq. Bir milləti müdafiə silahları olmadan müdafiə etmək mümkün deyil”.

Lakin Rusiya-Ukrayna tədqiqatçısı Kyis Darden bildirir ki, Ukrayna hökümətinin problemi onun hərbi texnikasında yox, daxili strukturundadır.

“Ukrayna dövlətini gücləndirmək onları Amerika silahları ilə təmin etmək deyil, çünki Ukrayna özü silah istehsalçısıdır. Silah onlar üçün problem deyil” - deyə Kyis Darden bildirir.

Eyni zamanda Rusiya bildirib ki, ABŞ-ın Ukraynanı ölümcül silahla təmin etməsi ölkədə sabitliyi daha artıq pozacaq.

XS
SM
MD
LG