Accessibility links

Ukraynanın sabiq prezidenti jurnalistin qətlində əli olmaqda ittiham edilir

  • Nərminə Cəlalqızı

Ukraynanın sabiq prezidenti Leonid Kuçma

Ukraynanın sabiq prezidenti Leonid Kuçma

Leonid Kuçmanın 2000-ci ildə jurnalist Georgi Qonqadzenin qətlində əli olduğu deyilir

Ukraynanın sabiq prezidenti Leonid Kuçma ona qarşı 2000-ci ildə ukraynalı jurnalistin qətlində əli olduğu barədə ittiham irəli sürüldüyünü deyib. Cənab Kuçma bu gün deyib ki, prokurorlar ona ittiham barədə sənədi tədim ediblər, lakin o, sənədi tam oxumayıb. Sabiq prezident bu açıqlamanı paytaxt Kiyevdə artıq ikinci gündür prokurorluqda sorğu-sual edildikdən sonra verib.

Kyiv Post qəzeti prokurorluğun sözçüsünə istinadən bildirib ki, cənab Kuçmaya qarşı vəzifəsindən sui-istifadə və 2000-ci ilin sentyabr ayında başı kəsilərək öldürülən journalist Georgi Qonqadzenin qətlində əli olduğu kimi ittihmlar irəli sürülüb.

XS
SM
MD
LG