Accessibility links

Rusiya prokuroru Hermitage Capital fondunun mərhum auditoru Sergey Maqnitskinin vergilərdən yayınma işinin bağlanması və şirkətin sabiq rəhbəri Uilyam Brauderin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını istəyib.

Prokuror bu tələbi Maqnitsinin ölümündən sonra keçirilən məhkəmə prosesi zamanı səslənib. 2009-cu ildə Maqnitsikinin ölümü beynəlxalq qınaqla qarşılanmış, hökumət işçilərinin qanunsuzluğuna etiraz edənləri çəkinməyə vadar etmişdi.

Hermitage Capital investisiya fondunun direktoru Brauderin məhkəmə prosesi qiyabi şəkildə keçirilir. Bu isə öz növbəsində Qərbin Rusiyada qanunun aliliyinə dair narahatlıqlarını daha da artırıb.

Ən böyük beynəlxalq investisiya şirkətində vəkil kimi çalışan Sergey Maqnitski Rusiyanın Daxili İşlər Nazirliyinin işçilərinin də əli olmaqla, 5.4 milyard rublun(230 milyon dollar) oğurlandığını üzə çıxarmışdı.

Az sonra həmin məmurlar tərəfindən korrupsiya ittihamı ilə Maqnitski özü həbs edilmişdi. 2009-cu ildə 37 yaşlı hüquqşünas məhkəməsinə qədər saxlandığı təcridxanada dünyasını dəyişmişdi.

Uulyam Brauder Maqnitskinin ölümündən sonra Rusiyada insan haqlarının vəziyyəti və korrupsiya əleyhinə beynəlxalq kampaniya aparır.
XS
SM
MD
LG