Accessibility links

Umud Şükri: 2016 iqtisadiyyatı neftə əsaslanan ölkələr üçün çətin il olacaq [Audio-Müsahibə]


Umud Şükri

Umud Şükri

Enerji eksperti Umud Şükri Amerikanın Səsi ilə söhbətdə dünya bazarlarında neft qiymətinin davamlı olaraq düşməsinin bölgə ölkələri üzərindəki təsirini dəyərləndirib. Ərdəbilli ekspert iqtisadiyyatının əsasən neft sektorundan asılı olduğu Rusiya, İran və Azərbaycan Respublikası kimi ölkələr üçün 2016-cı ilin ağır keçəcəyini proqnozlaşdırır.

Neft qiymətinin azalmağa davam edib və hətta bir barelinin 20 dollara qədər düşə biləcəyini söyləyən araşdırmaçı neft hasilatının yüksək olduğu halda təlabatın getdikcə azalmasını qiymətlərin düşməsində əsas amil kimi qiymətləndirir.

Neft qiymətləri son 11 ildə rekord səviyyəyə düşüb. Dekabrın 21-də Brent xam neftinin barrel dəyəri $36.05-ə enib.

Neft qiymətləri son 11 ildə rekord səviyyəyə düşüb. Dekabrın 21-də Brent xam neftinin barrel dəyəri $36.05-ə enib.

O, Amerikada xam neft ixracına 40 illik qadağanın qalxması, İrana qarşı sanksiyaların götürülməkdə olması, eləcə də, keçən illərdə daha artıq neft almağa başlayan ölkələrdə iqtisadi artımın dayanması kimi məsələləri önə çəkərək xam neft ixracının daha da artacağı, tələbin isə azalmağa davam edəcəyini söyləyir.

“Neftin qiymətinin daha aşağı enməsi ehtimalı çoxdur, çünki istehsal çoxdur, amma alan yoxdur. Keçmişdə neft alan bir çox ölkənin iqtisadı indi yaxşı deyil, neft almaq imkanları zəifləyib,” deyə ekspert bildirir.

Düşünün ki, Rusiya 2016 büdcəsini neftin barelinin 50 dollar olmasına müvafiq tərtib edib, amma, indi isə qiymət 30 dollara da düşə bilər.

Şükrinin dediklərinə görə, “gəlirləri təbii qaz və neft ilə əldə olunan ölkələrin ixrac edəcək başqa məhsulları yoxdur, Qərb ölkələri kimi gəlişmiş deyillər, sənayeləri yoxdur. Bunlar üçün neftin ucuzlaşmasının iqtisadiyyatın pisə getməsi anlamındadır. Düşünün ki, Rusiya 2016 büdcəsini neftin barelinin 50 dollar olmasına müvafiq olaraq tərtib edib, amma, indi qiymət 30 dollara da düşə bilər...”

Umud Şükri neft və təbii qaz qiymətlərinin bir-birindən təsirlənmədiyini deyir. Onun dediklərinə görə, neft qiymətinin azalması səbəbi ilə İran və Azərbaycan kimi ölkələr təbii gaz ixracını artırmaq istəyirlər. O, təbii qaz qiymətinin adətən satıcı və alıcı ölkələr arasında müəyyən edildiyini bildirir.

Neftin ucuzlaşması üzündən hazırda və gələcəkdə ciddi iqtisadi problemlərlə üzləşə bilən bəzi ölkələrin xarici siyasətini tənqid edən Umud Şükri Rusiya və Səudiyyə Ərəbistani kimi dövlətlərin qeyri-müəyyən siyasi hədəflər uğrunda ölkələrinin iqtisadi gələcəyini riskə qoyduqlarını söyləyir.

XS
SM
MD
LG