Accessibility links

Bu yaxınlarda Şirazın Qaşqay futbol komandasının İranın həzfiələmə kuboku yarışlarında Tehranın məşhur Perspolis komandasını məğlub etməsi idman ictimaiyyətində sürpriz bir olay kimi gündəmə çıxdı. Bu olay həmçinin son illərdə İranın idman sahələrində ortaya çıxan kimlik mücadiləsində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Mövzu ilə bağlı Amerikanın Səsinə danışan siyasi ekspert Umud Evrən Qaşqay komandasının zəfərini müasir İran dövlətçiliyində kənarlaşdırılmış toplumların mərkəzçi sistemə qarşı apardıqları mübarizə kontekstində təhlil edir.

Qaşqay komandasının tarixi zəfərindən sonra Qaşqay elinə mənsub tərəfdarlar yerli geyimlər və simvolları ilə Şiraz küçələrində şənlik mərasimləri təşkil etdilər. Qaşqay klubunun böyük uğurunu qiymətləndirən idman ekspertləri çoxsaylı azarkeş kütləsinin oynadığı rola xüsusi diqqət çəkirlər.

Perspolis və İstiqlal kimi komandaların yerli komandalara məğlub olmasını belə şərh etmək olar ki aşağıda sistemin şəklini dəyişdirmək yönündə bir hərəkət var.

Umud Evrənin sözlərinə görə, Qaşqay komandasının bu səviyyəyə çatması qısa müddətdə baş verən bir olay olmadığı üçün bundan sonrakı təsirləri də qısa olmayacaq.

Qaşqay eli türklərinin müasir tarixdə həm mərkəzi hakimiyyətlər, həm də xarici müstəmləkəçi qüvvələrə qarşı mübarizəsinə diqqət çəkən siyasi fəal hazırda bu mübarizənin fərqli bir şəkil aldığını ifadə edir.

“İranda modern dövlət-millətin quruluşu başqa etniklər və məzhəblərə rəğmən farslıq və şiəlik əsasında oldu. Başqa etnik qruplar kimi qaşqaylar da buna qarşı çıxdılar,” deyə İranda mərkəzçi bir sistemin varlığını önə çəkən Umud Evrən Tehranın məşhur Perspolis və İstiqlal komandalarının da həmin sistemin simvolu olduqlarını deyir.

Qaşqay komandasının azarkeşləri

Qaşqay komandasının azarkeşləri

Onun dediklərinə görə, “Perspolis və İstiqlal kimi komandaların yerli komandalara məğlub olmasını belə şərh etmək olar ki, aşağıda sistemin şəklini dəyişdirmək yönündə bir hərəkət var... İranda mədəni və etnik fərqliliklər, məzhəb fərqlilikləri var. Bunların hamısı öz paylarını istəyirlər. İqtisadi, mədəni və siyasi olaraq İrandakı sistemdə iştirak etmək istəyirlər.”

İranda kimlik məsələsinin idman sahələrində gündəmə gəlməsi bundan öncə ümumiyyətlə İran Azərbaycanı və Əhvaz kimi bölgələrdə görünürdü. Umud Evrənin Qaşqay elinin bu bölgələrlə fərqləri və oxşarlıqları haqqında da danışıb.

O hesab edir ki, bu dalğa İranın digər vilayətləri o cümlədən, paytaxt Tehrandan uzaqda yaşayan etnik farsların bölgələrinə qədər genişlənə bilər.

“Proses göstərir ki, bu davam edəcək. Səbəbi də budur ki, mərkəzin idarəetmə şəkli cavab vermir. Misal üçün Məşhəd ya Türbət Cam kimi şəhərlərin problemlərini həll etmir. Onlar farsca danışsalar da, fərqli mədəni-ictimai problemləri və buna görə də fərqli istəkləri vardır,” deyə siyasi ekspert əlavə edir.

XS
SM
MD
LG