Accessibility links

Umud Evren: Azərbaycanlılar May hadisələrindən sonra siyasi qüvvəyə çevrildi [Video]


Umud Evrenlə müsahibə
please wait

No media source currently available

0:00 0:10:44 0:00

Təbrizin “Traktorsazi” komandasının finalda oyunu ilə bağlı olaylara etiraz kampaniyası keçirən güneyli fəallar əsas diqqəti İranda azərbaycanlıların vəziyyətinə yönəldir. Futbol olayı həm də 2006-ci ildə may ayında azərbaycanlıların təhqir edildiyi karikaturaların dərc edilməsindən sonra İran Azərbaycanını bürümüş etiraz nümayişlərinin ildönümü ərəfəsində baş verib. Hollandiyada yaşayan güneyli fəal Umud Evren Amerikanın Səsinə müsahibədə "Traktor"un oyunu ətrafında olaylar və May hadisələrindən danışıb.

“Mərkəzi hökumət azərbaycanlılara qarşı psixoloji müharibə aparır. Azərbaycanlılar bunu anlayır və özlərini “müdafiədə” hiss edir. Azərbaycanlılar bu müharibədə qələbə qazanmaq istəyir. Azərbaycanlıların bu savaşı təkcə onların özü üçün deyil, bəlkə İranda demokratikləşmə prosesi üçün mühümdür."-Umud Evren

Umud Evren İranda siyasi baxımdan təmsil olunmayan azərbaycanlıların “Traktor” komandasına fərqli münasibəti və arzu edilən qələbənin güneylilər üçün əhəmiyyətini şərh edib: “Traktor” komandası İranda hər hansı başqa futbol komandasından fərqlidir. Azərbaycanlılar “Traktor” komandası ilə Azərbaycandan xaricdə- Tehranda, Kirmanda, İsfahanda- harada oynasa özlərini sanki bir müharibədə hiss edirlər. İstər təhlükəsizlik qüvvələri, istər polis, istər qarşı tərəf olsun, azərbaycanlıları yabançı kimi, düşmən kimi qarşılayıblar. Polis azərbaycanlılara münasibətdə ayrı-seçkilik göstərib. Mərkəzi hökumət azərbaycanlılara qarşı psixoloji müharibə aparıb. Azərbaycanlılara günahkar kimi baxıblar.” O, İranın mərkəzi hökuməti və azərbaycanlılar arasında sanki gizli psixoloji bir müharibənin olduğunu deyir: “Mərkəzi hökumət azərbaycanlılara qarşı psixoloji müharibə aparır. Azərbaycanlılar bunu anlayır və özlərini “müdafiədə” hiss edir. Azərbaycanlılar bu müharibədə qələbə qazanmaq istəyir. Azərbaycanlıların bu savaşı təkcə onların özü üçün deyil, bəlkə İranda demokratikləşmə prosesi üçün mühümdür. Amma belə görünür, dövlət belə bir plan hazırlayıb ki bu, baş verməməsin.”

Umud Evren oyun zamani yanlış məlumatın verilməsi və İran mediasının özünün də bildirdiyi kimi stadionda telefon əlaqəsi və rabitənin kəsilməsinə görə hökumətin yüksək səviyyəli nümayəndələrinin məsuliyyət daşıdığını deyib. Onun bildirdiyinə görə, İranın əsasən fars dilli mediasında yayılan bu xəbərlərdə futbol oyununda baş vermiş hadisə texniki problem kimi göstərilib. O eyni zamanda bildirib ki, İranda Futbol Federasiyası ölkənin siyasi qurumları tərəfindən idarə edilir və hadisəyə görə məsuliyyət yüksək hökumət rəsmilərinin üzərinə düşür:” Mən fikirləşirəm ki, buna görə tam məsuliyyəti Ruhani və hökumət daşıyır. Onlar bunu bütün detallarına qədər əvvəlcədən planlaşdırıblar və buna görə Federasiyanın məsuliyyət daşıdığını göstərmək istəyirlər. Amma biz bilirik ki, bu işlərə ən yüksək orqanlar qadirdir və bu iş mütlər mərkəzi hökumət tərəfindən planlaşdırılmış bir işdir. Sadəcə, icraçıların adlarını ortaya ataraqa, məsələni texniki problem kimi göstərmək istəyirlər.”

"Azərbaycanlıların mərkəzi hökumətə etimadı 2006-cı ildə tamamilə qırıldı. Azərbaycanlılar artıq özlərini fərqli bir siyasi qüvvə kimi tanıyır və öz müqəddarıtını özləri təyin etmək istəyir."-Ümid Evren

İran prezidenti Həsən Ruhaninin bu günlər Təbrizə səfərini şərh edən Umud Evren bunun taktiki addım olduğunu və səfərin İranın Qərblə nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək məqsədilə edildiyini deyib. O, prezident Ruhaninin azərbaycanlılara verdiyi vədlərin yerinə yetirilmədiyini vurğulayıb: “Həsən Ruhaninin birinci müavini Təbrizdə deyib ki, azərbaycanlılar türk deyillər. Bir tərəfdən hökumətin birinci müavini deyir ki, azərbaycanlılar türk deyil, o tərəfdən prezident deyir ki, azərbaycanlılar üçün türk dilində qurum yaradılacaq. Onlar “azəri” sözünü işlədir, azərbaycanlıların fars, sonradan isə “azəri” olduğunu kimi sözlər deyir. Belə görünür ki, bunlar aldatmaq, vaxt qazanmaq məqsədilə edilir.”

Umud Evren prezident Həsən Ruhaninin Təbrizə səfərinin İranda iki il sonra keçiriləcək növbəti prezident seçkisində azərbaycanlıların səslərini qazanmaq məqsədi daşıdığını qeyd edir: “Verilən vədlərin yerinə yetirilmiş kimi olduğunu göstərəcəklər və iki il vaxt tələb edəcəklər ki, iki ildən sonra səs alsınlar.”
"Azərbaycanlılar artıq öz taleyini özləri müəyyən etmək istəyir və bu artıq azərbaycanlılar arasında yerləşməkdə və dərinləşməkdə olan bir məfkurədir.”-Umud Evren

Umud Evren May etiraz nümayişlərinin ildönümündən danışaraq, May hərəkatını bir partlayış, özündən əvvəlki hərəkatların davamı kimi qiymətləndirib. Günyeli fəal May hadisələrinin azərbaycanlıların milli-mədəni hüquqları uğrunda mübarizəsinə göstərdiyi təsirləri də şərh edib: “ Amma Azərbaycanda bu hün gedən hərəkat, 2006-cı ildən daha fərqlidir. 2006-cı ildə bir partlayış baş vermişdi. Amma bu gün bu hərəkat cəmiyyətin bütün sinflərinə, bütün sahələrinə yayılıb, istər mədəniyyət olsun, istər iqtisadiyyat, istərsə də idman. Deyə bilərik ki, bu gün azərbaycanlılar 2006-cı illə müqayisədə daha yuxarı bir nöqtədədir və onların mərkəzi hökumətə etimadı 2006-cı ildə tamamilə qırıldı. Azərbaycanlılar artıq özlərini fərqli bir siyasi qüvvə kimi tanıyır və öz müqəddarıtını özləri təyin etmək istəyir. Bunun adı muxtariyyət, federasiya, məhəlli idarəetmə ola bilər. Azərbaycanlılar artıq öz taleyini özləri müəyyən etmək istəyir və bu artıq azərbaycanlılar arasında yerləşməkdə və dərinləşməkdə olan bir məfkurədir.”

"Onlar gördülər ki, bir daha təhqir olunmalarını istəmirlərsə, öz mədəniyyətləri, öz etnik kimliyi və milli kimliyi ilə yaşamalıdırlar."-Umud Evren

Umud Evrenin sözlərinə görə, May hadisələrinin dərslərindən də danışıb: “May hərəkatının beynəlxalq əks-sədası olmadı. Belə geniş bir hərəkat İran mediasında işıqlandırılmadı. Beynəlxalq səviyyəyə çıxarılmadı. Azərbaycanlılar gördülər ki, belə böyük bir qiyamdan sonra mərkəz tərəfindən siyasətdə bir dəyişiklik olmadı. Azərbaycanlılar bu hərəkatdan sonra özlərində çatışmayan cəhətlərə fikir verməyə başladı... Onlar gördülər ki, bir daha təhqir olunmalarını istəmirlərsə, öz mədəniyyətləri, öz etnik kimliyi və milli kimliyi ilə yaşamalıdırlar. Ən böyük dərs fikrimcə budur.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG