Accessibility links

Türkiyənin enerji siyasəti və regional təsirlər [Audio-Müsahibə]


Umud Şükri

Umud Şükri

Güneyli ekspert Umud Şükri bölgə olayları və Türkiyənin enerji siyasətini təhlil edir

Güneyli araşdırmaçı Umud Şükri hesab edir ki, Əhməd Davudoğlunun baş nazirliyi dönəmində Türkiyənin enerji siyasətində önəmli dəyişiklik olmayacaq. “İran-Türkiyə Əlaqələrində Enerjinin Rolu” adlı kitabın müəllifi Amerikanın Səsi ilə söhbətdə Türkiyənin enerji ticarətində tərəfdaş ölkələri o cümlədən, Azərbaycan Respublikası, İran, Rusiya və İraq ilə münasibətlərini dəyərləndirməklə yanaşı bölgədə baş verən olayların bu əlaqələrə buraxacağı təsir haqqında da öz fikirlərini paylaşıb.

AKP höküməti iqtidara gəldiyində xarici siyasətində enerji faktorundan daha artıq istifadə etməyə başladı və həmin istiqamətdə qonşuları ilə ikili əlaqələrdə hər zaman enerji ticarətini öndə tutmuşdur.

“AKP höküməti iqtidara gəldiyində xarici siyasətində enerji faktorundan daha artıq istifadə etməyə başladı və həmin istiqamətdə qonşuları ilə ikili əlaqələrdə hər zaman enerji ticarətini öndə tutmuşdur,” deyə cənab Şükri bildirir.

Suriya və İraqda baş verən hadisələrin Türkiyənin enerji siyasəti üzərində təsirini təhlil edən Şükri xüsusilə bu ölkənin İran İslam Respublikası və İraqın Kürdüstan bölgəsi ilə münasibətlərini qiymətləndirib.

Onun dediklərinə görə, İraqda müxtəlif qruplar arasında cərəyan edən münaqişələrə baxmayaraq İraq Kürdüstanı və Türkiyə arasında enerji ticarəti öz önəmini saxlayır.

“İraq Kürdüstanının təbii qaz və neft satmaq üçün Türkiyəyə ehtiyacı var və bu günki durumda Türkiyədən başqa alternativi yoxdur,” deyə güneyli araşdırmaçı müşahidə edir.

Şükrinin fikrincə Türkiyə dövləti İraq Kürdüstanı ilə münasibətlərini qarşılıqlı asılılıq əsasında təşkil edərək bu bölgədən qaynaqlana biləcək mümkün təhlükələri önləməyi də bacarıb.

XS
SM
MD
LG