Accessibility links

Bu gün Ümumdünya Əhali günüdür. Bu il reproduktiv səhiyyə xidmətləri diqqət mərkəzindədir.

BMT-nin baş katibi Ban Ki Mun deyib ki, reproduktiv səhiyyə xidmətləri sağlam cəmiyyətlər və davamlı gələcəyin mühüm investisiya sahəsidir. Dünya əhalisinin BMT-nin təşkilindən bəri üş dəfə artdığını qeyd edən baş katib inkişaf etməkdə olan ölkələrdə 222 milyon qadının effektiv ailə planlaşdırılmasından məhrum olduğunu bildirib.

Beynəlxalq Xilas Komitəsinin qlobal reproduktiv səhiyyə proqramının məsləhətçisi Dammika Pereranın dediyinə görə, qadınların müasiq kontroseptiv üsullarla təmin edilməsi analar və körpələr arasında ölüm hallarını azalda bilər. Xüsusilə də münaqişə zonalarında.

Perera deyib ki, qadınlar belə bölgələrdə çox hallarda doğuş zamanı dünyasını dəyişir. Belə ki, zorakılıqlar səbəbi ilə münaqişə zonalarında xəstəxanalar dağıdılmış, tərk edilmiş olur.

Pereranın bildirdyinə görə, bir çox uşaq aclıq və yoxsulluqdan xilas edilə bilər.
"Biz kontraseptiv metodları təklif etməklə qadınlara ailələrinin sayını müəyyən etmək imkanı veririk. Qadınların hamiləliklərə iki il ara verməsi beş yaşından aşağı uşaqların ölüm hallarının 10-15 faiz azalmasına yardım edər.”

1989-cu ildən qeyd edilən Ümumdünya Əhali Günü əhalinin böyük ehtiyac duyduğu məsələlərə diqqət yönəldir.
XS
SM
MD
LG