Accessibility links

Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə BMT və YUNESKO birgə müraciət qəbul edib


Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə BMT və YUNESKO birgə müraciət qəbul edib
Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə BMT və YUNESKO birgə müraciət qəbul edib

Son onillikdə 500-dən çox jurnalist peşə öhdəliklərini yerinə yetirərkən həyatını itirib. Təkcə 2010-cu ildə dünyada 60 jurnalistin öldürüldüyü haqda məlumat verilib.

Son onillik ərzində 500-dən çox jurnalist peşə öhdəliklərini yerinə yetirərkən həyatını itirib. Təkcə 2010-cu ildə dünyada 60 jurnalistin öldürüldüyü haqda məlumat verilib. Bu barədə BMT Baş Katibi, BMT-nin insan hüquqları üzrə Ali Komissarı və YUNESKO-nun baş direktorunun mayın 3-də qeyd olunacaq Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı birgə bəyanatında deyilir.
Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Ki-mun, Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə Ali Komissarı Navi Pillay, YUNESKO-nun Baş Direktoru Irina Bokova qeyd edir: “Hər həftə hədə-qorxu və zorakılıqdan əziyyət çəkən jurnalist və blogerlər haqqında yeni xəbərlər gəlir”.
Sənəddə qeyd edilir ki, fundamental insan hüquqlarının pozulması cavabsız qala bilməz. “Ölkə rəsmiləri cəzasızlığa qarşı mübarizə aparmaq və jurnalistlərin təhlükəsizliyini qorumaq üçün hər şey etməlidir. Biz məlumatlanmaq hüququmuz uğrunda həyatlarından keçən jurnalistlərin cəsurluğunu unutmayacağıq”, - deyə müraciətdə bildirilir.
Müraciətdə qeyd edilir ki, media inqilabı ifadə azadlığı, tənzimləmə mexanizmləri və ifadə ilə məsuliyyət arasında balans haqqında yeni müzakirələrə təkan verir. “Biz bu sualların hərtərəfli araşdırılmasından çəkinməməliyik. Biz hamımız bu məsələlərlə bağlı ayağa qalxmalı və dəyişikliklər edilməsi üçün məsuliyyəti öz üzərimizə götürməliyik”.
Müraciət müəllifləri bütün hökumətləri çap materialları, radio və televiziya yayımları və İnternet mühitində ifadə azadlığının təmin və təbliğ edilməsi məqsədilə öz səylərini Birləşmiş Millətlər Təşkilatı ilə birləşdirməyə çağırır.

XS
SM
MD
LG