Accessibility links

Rusiya və Çin Suriya hökumətinə qarşı sanksiyalara veto qoyub


Rusiya və Çin Suriyanın kimyəvi silahlardan istifadə etdiyini deyərək, BMT-nin bu ölkəyə qarşı sanksiyalar qoyulması barədə qətnaməsinə veto qoyub.

Britaniya, Fransa və Birləşmiş Ştatların dəstəklədiyi sanksiyalar 2014-2015-ci illərdə kimyəvi hücumlarda əli olduğu deyilən 21 suriyalı da daxil edilməkjlə, bəzi təşkilat və şirkətlərə qarşı qoyulmalı idi.

Rusiya ilə Çin bu gün çirkin və bağışlanmaz seçim etdi

Qətnamədə həmçinin bəzi ölkələrin Suriya hökumətinı hücumlarda istifadə etdiyi vertolyotlarla təmin etməsinə də qadağa qoyulmalı idi.

"Rusiya ilə Çin bu gün çirkin və bağışlanmaz seçim etdi. Onlar kimyəvi silahlardan istifadə edən Bəşar Əl-Əsəd rejimini cavabdehlikdən azad etdi. Onlar Əsədin istifadə etdiyi zəhərli qazdan boğulan qadın, kişi və uşaqlardan üz döndərdi" deyə, Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Hali bildirib.

Qətnamə BMT və Kimyəvi Silahlara Qadağa təşkilatının Suriya hökumətinin azı üç dəfə xlor qazından istifadə etdiyini deməsindən və buna görə apardığı istintaqdan sonra qəbul edilib. İstintaq zamanı bu təşkilatlar eləcə də ekstremist İslam Dövləti qrupunun da hücumlardan birində xardal qazından istifadə etdiyni aşkar edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG