Accessibility links

Dünya liderləri iqlim sazişi əldə etməyə çalışır [Video]


Dünya ölkələrinin rəsmiləri gələn ay BMT-nin Fransada keçiriləcək İqlim Dəyişikliyi Konfransında bir araya gələcək. Sammit zamanı karbon tullantılarının məhdudlaşdırılması barədə iyirmi ildir davam edən müzakirələrdən sonra razılığın əldə ediləcəyinə ümid edilir. Belə ki, istixanə qazlarının qlobal istiləşməyə və insan həyatına zərərli olduğu deyilir.

Fransanın ətraf mühit fəalları hökumətin iqlim dəyişikliyi ilə bağlı yığıncağa ev sahibliyi edəcəyi binanın qarşısında ölkənin şərqində yeni aeroportun tikilməsinə qarşı etiraz aksiyası keçirirb. Etirazçılardan bəziləri Fransanın keçən həftə ətraf mühitə zərər verəcəyini deyərək, Keyston kəməri layihəsini rədd edən ABŞ prezidenti Barak Obamadan nümunəni götürməli olduğunu deyib.

“Biz buraya Fransa və prezident Ollanddan ”Notr Dam-de-Land” layihəsinə qarşı eynilə çıxmasınıı istəmək üçün gəlmişik” deyə, etirazçılardan biri bildirir.

Fransanın ev sahibliyi etdiyi 60 ölkədən rəsminın bir araya gəldiyi yığıncaqda iqlim dəyişiklkiyi ilə bağlı kompromisin əldə edilməsinə çalışılıb. Yığıncaqda müzakirə edilən ən mühüm məsələlərdən biri inkişaf etməkdə olan ölkələrə davamlı enerji mənbələrinin yaradılması üçün maliyyə yardımıdır.

Efiopiyanın baş naziri Heilmariam Desalen: “Afrika böyük enerji mənbələrinə və böyük potensiala malikdir. Biz bu porensialdan təcili surətdə istifadə etməliyik. Qarşıdan gələn 10 ildə bütün Afrika boyu ucqar yerlərə elektrik çəkilməlidir ki, bu da afrikalılar üçün yeni iş yerləri və Avropaya miqrasiyanın qarşısının alınması deməkdir”

Birləşmiş Ştatların Dövlət katibi Con Kerri çıxışı zamanı qlobal iqlim dəyişikliyi ilə təhlükəsizlik arasındakı əlaqəni qeyd edib. “Məsələn, Nigeriyada iqlim dəyişikliyi terrorçu Boko-Haram qrupunun yaranmasına səbəb olmadı. Lakin ölkədə dəhşətli quraqlıq və hökumətin bunun öhdəsindən gələ bilməməsi siyasi və iqtisadi böhranın yaranmasını şərtləndirdi. Bu isə həmin terrorçu qrupun kəndləri ələ keçirməsi, müəllimləri qətlə yetirməsi və yüzlərlə məktəbli qızı qaçırması ilə nəticələndi.”

Britaniyanın dövlət katibi Filip Hammond isə Vaşinqtonda etdiyi çıxışı zamanı karbon qazı tullantılarının azaldılmasının iqtisadiyyata təsirindən danşıb. “Heç bir iş görməməyin iqtisadi baxımdan potensial olaraq fəlakətli nəticələri ola bilər”.

Karbon qazı tullantılarının ətraf mühitə zərər verəcəyini deyən prezident Barak Obamanın opponentləri isə bunun daş kömür mədənlərində iş yerlərinin azalmasına və elektrik qiymətlərinin artmasına gətirib çıxaracağını deyirlər.

XS
SM
MD
LG