Accessibility links

Ban Ki Mun iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətə keçməyə çağırır


Ban Ki Mun iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətə keçməyə çağırır
Ban Ki Mun iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətə keçməyə çağırır

BMT-nin Baş katibi Ban Ki Mun iqlim dəyişikliyi ilə mübarizə aparmaq və onun təsirlərinin qarşısını almaq üçün konkret addımlar atmağa çağırıb.

Bu gün Cənubi Afrikada Durbində BMT-nin iqlim dəyişikliyinə dair konransında danışan cənab Ban deyib ki, iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya ölkələrinin razılıq əldə edəcəyini hazırda belə görünür, hələ gözləmək olmaz. Lakin o, dünya ölkələrini karbon qazı tullantılarının azaldılmasını nəzərdə tutan Kioto Protokolu kimi sənədlərdə göstərilmiş təəhhüdlərə əməl etməyə səsləyib.

Cənab Ban həmçinin dünyanın zəngin ölkələrini yoxsul ölkələrə iqlim dəyişiklikliyinin təsirlərinin aradan qaldırılmasına kömək etmək üçün proqramları maliyyələşdirməyə çağırıb.

Cümə günü bitəcək Durban konfransında müzakirələr hələ nəticə verməyib. Bəzi ölkələr Kioto protokolunun müddətinin uzadılması ideyasını rədd edib. Birləşmiş Ştatlar sənədə imza atmayıb.

XS
SM
MD
LG