Accessibility links

BMT heyəti İsrailin ifrat gücdən istifadə etdiyi, lakin blokadanın qanuni olduğu qənaətindədir

  • Amerikanın səsi

BMT heyəti İsrailin ifrat gücdən istifadə etdiyi, lakin blokadanın qanuni olduğu qənaətindədir

BMT heyəti İsrailin ifrat gücdən istifadə etdiyi, lakin blokadanın qanuni olduğu qənaətindədir

BMT heyətinin İsrailin Qəzza zolağına yollanan gəmisinə reydi ilə əlaqədar uzun zamandır gözlənilən hesabatı Nyu York Times qəzetinə sızıb. Hesabata əsasən, heyət Mavi Marmara gəmisində keçən il keçirilən reyd zamanı ifrat və gərəksiz gücdən istifadə edildiyi qənaəyinə gəlib, lakin Qəzzanın dənizdən blokadasının beynəlxalq qanunlara görə leqal olduğu qənaətinə gəlib.

BMT-nin 105 səhifəlik məxfi hesabatı Nyu York Times qəzetinin veb səhifəsində yerləşdirilib.

Yeni Zelandiyanın keçmiş baş naziri Ceffri Palmer və Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribenin başçılıq etdiyi və Türkiyə və İsrail nümayəndələrinin daxil olduğu heyət Türkiyə bayrağı altında beynəlxalq sularada üzən Mavi Marmara gəmisində 2010-cu il may ayının 31-də xəbərdarlıq verilmədən reyd keçirən İsrail kommandoslarının ifrat gücdən istifadə etdiyi haqda nəticə çıxarıb.

Heyət İsrail kommandoslarının tez bir zamanda verdiyin cavabın ağır olduğu və vəziyyətə həddindən artıq kəskin reaksiya göstərdiyi qənaətinə gəldiyini bildirib.

600-dan fələstinli fəalı daşıyan altı gəmidən ibarət flotiliya İsrailin Həmasın nəzarəti altında olan Qəzzaya tətbiq etdiyi blokadanı qıraraq, Fələstin ərazilərinə tibbi yardım, təhsil və inşaaat materialları çatdırmalı idi. Lakin missiya İsrail kommandoslarının əsas gəmidə reydi zamanı yaranmış qarışıqlıq nəticəsində 9 sərnişinin həlak olması ilə başa çatdı.

BMT heyəti İsrailin Həmasın nəzarətində olan Qəzza zolağını blokadada saxlamasının beynəlxalq qanunlara zidd olmadığı və İsrailin Qəzzaya qeyri-qanuni silah göndərilməsinin qarşısını almaq üçün büynəlxalq sularda gəmiləri saxlamaq hüququ olduğu haqda nəticə çıxarıb.

Türkiyə dənizdən blokadanın qeyri-qanuni olduğunu bildirirək, İsrailin beynəlxalq sularda gəmiləri saxlamaq hüququ olmadığını bəyan edir.

BMT-nin sözçüsü Eduardo del Buey hesabatın mətbuata sızmasını şərh etməyərək, baş katibin hesabatla hələ tanış olmadığını əlavə edib. İsrail və Türkiyənin BMT-dəki missiyaları da hesabatla bağlı şərh verməyib.

İnsident bir zamanlar yaxın münasibətləri bölüşən İsrail və Türkiyə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxarmışdır. Rəsmi Ankara Tel-Əvivdən öz səfirini geri çağırıb, İsrailin Türkiyədəki səfiri isə ölkədən çıxarır.

İki ölkə arasında İsrailin insidentlə bağlı üzrxahlığı etməsi və hadisə qurbanlarına təzminatın ödənilməsi ətrafında müzakirələr aparılıb, lakin bir nəticə əldə edilməyib. BMT-nin heyəti İsrailin həm üzrxahlıq etməsi, həm də təzminat ödəməsini tövsiyə edib.

BMT-nin hesabatı ilə bu linkdə tanış ola bilərsiniz.

XS
SM
MD
LG