Accessibility links

BMT Suriyanın Homs şəhərində döyüşlərin dayandırılmasına çağırır


BMT-nin Humanitar yardım şəbəsi və uşaq fondu UNİSEF-in rəhbərləri Suriyanın Homs şəhərindəki döyüşlərin təcili şəkildə dayandırılmasına çağırıb.


Valeri Amos

Valeri Amos

Valeri Amos və Antoni Leyk Homsda 400 min insanın inşası başa çatdırılmamış məktəb binaları və digər yerlədə yaşadığını bildirib. Onlar son iki gün ərzində yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını, girov götürüldüyünü deyib.

“Qadın və uşaqlar əziyyət çəkir. İşıq və suyun olmasına baxmayaraq, tərəvəz, süd və digər lazımi məhsulların qıtlığı yaşanır.”

Valeri Amos və Antoni Leyk bildirib ki, ailələrə kömək etməsi üçün yardım işçilərinə təcili şəkildə imkan yaradılmalıdır.


Rəqib döyüşçülər toxunulmaz olduqlarını düşünməməlidir
Dünən BMT-nin insan haqları üzrə nümayəndəsi Navi Pillay Suriya müxalifətinin müharibə cinayətlərinə dair müstəqil araşdırma aparılmasına çağırıb. O deyib ki, ötən ay Hələbdə 30 insanın öldürüldüyünə dair dəllilər əldə edilib. Onların əksəriyyəti Suriya ordusunun əsgərləridir.


Navi Pillay

Navi Pillay

Pillay humanitar yardım qaydaları və insan haqlarını pozanların məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb. O deyib ki, rəqib döyüşçülər toxunulmaz olduqlarını düşünməməlidir.

BMT-nin təxminlərinə görə, Suriyanın iki ildən artıqdır davam edən münaqişəsində 100 mindən artıq insan həlak olub. 6 milyondan artıq insan evindən didərgin düşüb. Onların əksəriyyəti mülki vətəndaşlardır.
XS
SM
MD
LG