Accessibility links

BMT İraqa humanitar yardım üçün əlavə 500 milyon dollar istəyir [Video]


BMT İraqa humanitar yardım əməliyyatlarını dəstəkləmək məqsədilə 500 milyon dolların ayrılması üçün Avropa Parlamentində müraciətlə çıxış edəcək. BMT rəsmilərinin dediyinə görə, İraq qaçqınlarının sayının artdığı və onlara yardımın lazım olduğu bir vaxt bundan əvvəl ayrılmış yardım başa çatmaq üzərdir.

BMT 3 milyon köçkün də daxil edilməklə, İraqda 8 milyona yaxın insana yardım edir. “Əgər biz yaxın zamanda pulu ala bilməsək, əgər biz proqramlarımızı maliyyələşdirə bilməsək, ölkə boyu proqramlar bir həftəyə, uzağı bir aya bağlanacaq”, deyə, humanitar yadım üzrə koordinator Liz Qrand bildirir.

BMT rəsmilərinin fikrincə, İslam Dövləti yaraqlılarını geri oturtmaq məqsədilə hazırda gedən döyüşlərin nəticəsi olaraq, qarşıdan gələn bir neçə ay ərzində qaçqınların sayı artacaq. “2015-ci ilin sonunadək İraqda yardıma ehtiyacı olan insanlarin sayı 10 milyona çatacaq. Biz planı bu rəqəmlər əsasında qururuq.” deyə, Liz Qrand bildirir.

Evlərini tərk etmək insanların çoxu isə çörək pulu qazana bilmir. “Son bir neçə ayda neftin qiymətinin kəskin düşməsinə görə İraq hökuməti büdcənin 40 faizini itirib.”

İraq hərbi qüvvələri ölkənin qərbindəki Ənbər vilayətini geri almaq üçün Dayeş adı ilə tanınan İslam Dövləti qrupuna qarşı hücumlara keçib. Üsyançılar buna cavab olaraq Ənbərdəki hərbi bazada üç intiharçı hücumu həyata keçiririb, nəticədə 40-dan çox əsgər həlak olub.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələri Ənbər vilayətinin paytaxtı Ramadini geri almaq üçün İraq ordusuna dəstək verir. ABŞ generalı Con Allen: “Hazırda İraq təhlükəsizlik qüvvələrinin bir hissəsi Ramadiyə yaxınlaşır. Bu, süquta uğrayıb artıq bir ildən çoxdur Dayeşin əlində olan Mosuldakı kimi olmayacaq. İraqlılar Ramadini geri alacaq.”

İraqda humanitar böhranın əsas səbəbləri etnik və təriqətlərarası münaqişələr, eləcə də, İslam radikalizminin dərinləşməsi ilə bağlıdır.

XS
SM
MD
LG