Accessibility links

BMT-nin sülhməramlılarına İraqda hələ də ehtiyac ola bilər


BMT-nin sülhməramlılarına İraqda hələ də ehtiyac ola bilər

BMT-nin sülhməramlılarına İraqda hələ də ehtiyac ola bilər

İraqın Kürdüstan regionu Bağdadla neftlə zəngin olan Kərkük vilayəti uğrunda ədavətdədir

Birləşmiş Ştatların İraqda baş hərbi komandanı deyib ki, ABŞ qoşunları 2011-ci ildə İraqı tərk edəndən sonra ölkənin şimalında mübahisəli əraziləri müdafiə etmək üçün BMT-nin sülhməramlılarına ehtiyac ola bilər. Assciated Press-lə müsahibəsində General Rey Odiyerno deyib ki, ABŞ gələn ilin sonu ölkədən çıxandan sonra İraqın şimalında kürdlərlə ölkənin ərəb əhalisi arasında gərginlik aradan qalxmasa, BMT sülhməramlı qüvvələri lazım ola bilər. Lakin Odiyerno BMT-nin mövcudluğuna ehtiyac olmayacağına ümid etdiyin bildirib. İraqın Kürdüstan regionu Bağdadla neftlə zəngin olan Kərkük vilayəti uğrunda ədavətdədir. Keçmiş dikdator Səddam Hüseyn minlərlə kürdü Kərkükdən qovaraq, buraya Ərəb ailələrini köçürmüşdür.

XS
SM
MD
LG