Accessibility links

BMT-nin baş katibi Ramil Səfərovun məsələsilə bağlı vəziyyətlə əlaqədar narahatlığını bildirib


Baş katibin sözçüsünün açıqlamasında məsələnin Dağlıq Qarabağ sülh prosesinə mənfi təsir göstərməyəcəyinə ümid etdiyini bildirir


BMT-nin Baş katibi Ban Ki Mun avqustun 31-də Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum olmuş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və prezident tərəfindən əfv edilməsindən sonra yaranmış vəziyyətlə əlaqədar narahatlığını bildirib.

“BMT üzv dövlətlərin beynəlxalq standartlara, eləcə də hesabatlılığın təmin edilməsi və cəzasızlığa yol verilməməsi məqsədilə qanunun aliliyi prinsiplərinə riayət etmək kimi məsuliyyət daşıdığı xüsusi vurğulayır”-deyə açıqlamada bildirilir.



Baş katib Ban Ki Munun sözçüsü Martin Nesirskinin verdiyi açıqlamada ATƏT-in Minsk qrupunun bu yaxınlarda açıqladığı bəyanatda göstərildiyi kimi məsələnin Dağlıq Qarabağ sülh prosesinə və tərəflər arsında etibarın yaradılması işinə mənfi təsir göstərməyəcəyinə ümid ifadə edilir. “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur”-deyə Martin Nesirsky mətbuat üçün verdiyi açıqlamada bildirib.
XS
SM
MD
LG