Accessibility links

BMT Təhlükəsizlik Şurası bu gün Hələb şəhərinin Suriya və Rusiya qırıcılarının hava hücumlarına məruz qalmasından sonra növbədənkənar iclas keçirib. Hərbi təyyarələr şəhərin üsyançıların nəzarətində olan hissəsini bombalayıb.

Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya Rusiyaya təzyiq göstərmək üçün fövqəladə iclas çağırıb. Toplantının məqsədi Rusiyanı müttəfiqi olduğu Suriyanı 250 mindən çox insanın ilişib qaldığı şəhərə qarşı hücuma son qoymağa məcbur etməyə çağırmaqdır.

Raketlərdən, çəllək bombalardan və artilleriya silahlarından istifadə edilən hücum çoxsaylı binanın dağılmasına, insanların təşvişə düşməsinə
səbəb olub.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer son 3 gündə Hələbə 150-dən çox hücum təşkil olunduğunu bildirərək Rusiya və Suriyanı şəhəri geri almaq səyləri həyata keçirməkdə ittiham edib.

Britaniya səfiri Metyu Raykroft: "Biz nə zaman Suriyada hadisələrin indikindən pis ola bilməyəcəyini düşünəndə, vəziyyət daha da pisləşir".

"Biz nə zaman Suriyada hadisələrin indikindən pis ola bilməyəcəyini düşünəndə, vəziyyət daha da pisləşir".

Bir neçə gün əvvəl Suriya ordusu Hələbə qarşı yeni hücumlara başlayandan bəri çoxu mülki vətəndaş olmaqla, 150-dən çox insan həlak olub.
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura da Suriyanın hücumlarını sərt tənqid edib. O, Suriya ordusunun bunker vuran bombalardan istifadə etdiyini və bombaların yerdə kraterlərin əvvəlkilərdən qat-qat böyük olduğunu bildirib.

Mistura bildirib ki, insidentlər təsdiq olunsa, burada müharibə cinayətlərinə dair iş qaldırıla bilər.

XS
SM
MD
LG