Accessibility links

BMT Cənubi Sudanı müstəqil dövlət kimi tanıyıb(YENİLƏNİB)


BMT Cənubi Sudanı müstəqil dövlət kimi tanıyıb(YENİLƏNİB)
BMT Cənubi Sudanı müstəqil dövlət kimi tanıyıb(YENİLƏNİB)

Birləşmiş Millətlər Təşkilatının binasının qarşısında müstəqilliyini yeni qazanmış Cənubi Sudanın milli bayrağı ucaldıldı.

BMT yeni yaranmış Cənubi Sudan dövlətini tanıyandan sonra o, BMT-yə 193-cü üz ölkə oldu. BMT-nin Baş Assambleyası Təhlükəsizlik Şurası Cənubi Sudanın təşkilata üzv olmasını təklif etdikdən sonra yekdilliklə ölkəni tanıyıb.

Dünyanın ən gənc dövləti keçən həftə şənbə günü Sudandan ayrılaraq müstəqil oldu. 21 illik vətəndaş müharibəsi 2005-ci ildə sona çatmışdı.

Sudan və Cənubi Sudan sərhəd və neft gəlirləri məsələləri ilə bağlı mübahisələri həl etməlidir. BMT-nin Təhlükəsizlik Şurası mübahisəli Abiyel regionna yeni sülhümühafizə qüvvələri göndərilməsi haqda bu yaxınlarda qərar çıxarıb.

XS
SM
MD
LG