Accessibility links

BMT-nin son hesabatında Suriyada baş qaldıran vətəndaş müharibəsində 60 mindən çox insanın öldüyü deyilir. Lakin ölkənin müxalifət qüvvələri bu göstərilən rəqəmin ölənlərin sayının yalnız üçdən biri olduğunu deyir.

BMT-nin İnsan Haqları üzrə komisarı Nevi Pillay bu həftənin çərşənbə günü açıqlanan bu hesabatdakı rəqəmin 7 müxtəlif mənbədən alındığını deyib.

Baş qərargahı Britaniyada yerləşən Suriyanın İnsan Haqları Müşahidəçiləri təşkilatının məlumatında iki ilə yaxındır davam edən müharibədəki qurbanların sayının 45 minə yaxın olduğunu deyilir.

BMT-nin hesabatında tədqiqatçıların mülki vətəndaşlarla hərbçilər arasında ölənlərin sayını dəqiq təyin edə bilmədikləri deyilir.
XS
SM
MD
LG