Accessibility links

BMT Baş katibi Özbəkistanı insan hüquqlarına dair öhdəliklərə əməl etməyə çağırıb


Bu gün Daşkənddə universitet tələbələri qarşısında çıxış edən cənab Ban deyib ki, Özbəkistanın insan hüquqlarına dair imza atdığı razılaşmaları yerinə yetirməsinin vaxtıdır

BMT-nin Baş katibi Ban Ki Mun Özbəkistanı insan hüquqları sahəsində öhdəliklərinə tam əməl etməyə və ölkədə siyasi ab-havanı yaxşılaşdırmaq məqsədilə daha ciddi addımlar atmağa çağırıb.

Bu gün Daşkənddə universitet tələbələri qarşısında çıxış edən cənab Ban deyib ki, Özbəkistanın insan hüquqlarına dair imza atdığı razılaşmaları yerinə yetirməsinin vaxtıdır. Cənab Ban bildirib ki, o eyni mesajı prezident İslam Kərimovla görüşü zamanı ona da çatdırıb.

BMT-nin Baş katibi Özbəkistanın ölüm hökmünü ləğv etmək kimi addım atmasını alqışlayıb, lakin prezident Kərimovu insan hüquqlarına dair beynəlxalq qanunlar çərçivəsində bütün öhdəliklərə əməl etməyə çağırıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG