Accessibility links

BMT: Qlobal maliyyə böhranı qadınlar arasında daha çox işsizliyə səbəb olub


China Labor

China Labor


BMT-nin əmək agentiyinin yeni hesabatına əsasən, qlobal maliyyə böhranı və iqtisadi tənəzzül qadınlar arasında kişilərə nisbətən daha çox işsizliyə səbəb olub. Beynəlxalq Əmək Təşkilatı bildirir ki, 2012-ci ildə işsiz qadınlar və kişilər arasında fərq daha da çox olub.

Təşkilatın qadınlar üçün iş bazarında tendensyalara dair hesabatında 2012-ci ildə 13 milyon qadının iş yerlərini itirdiyi bildirilir. Beynəlxalq Əmək Təşkilatı qadınlar arasında işsizlik səviyyəsinin 2017-ci ilə qədər ciddi şəkildə azalacağına işarələrin olmadığını bildirir. Hesabatda həmçinin qadınların keyfiyyəti iş baxımından da kişilərlə müqayisədə fərqə məruz qaldığı göstərilir.

Beynəlxalq Əmək Təşkilatı bildirir ki, gender fərqlərinin aradan qaldırılmasına yönəlmiş siyasət iqtisadi artım və həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməklə yanaşı, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması işinə ciddi kömək edə bilər.
XS
SM
MD
LG