Accessibility links

BMT:Tələbatın artması su təchizatına daha çox təzyiq göstərəcək


Dünya ölkələrində milyonlarla daha çox insanın içməli su ilə təmin edildiyinə dair məlumatlara baxmayaraq, yeni hesabatda suya artan tələbat qarşısında problemlərin olduğu göstərilir.

BMT-nin təhsil, elm və mədəniyyət agentlyinin martın 12-də açıqladığı açıqladığı yeni hesabatda dünya ölkələrində suya ehtiyacın artdığı və müxtəlif inkişaf layihələrinin su təchizatı qarşısında maneə yaratdığı deyilir.

UNESCO-nun hesabatına əsasən, istehlak strukturunun dəyişməsi, ərzaqa ehtiyacın artması, urbanizasiyanın genişlənməsi və iqlim dəyişikliyi planetimizin su ehtiyatlarına böyük təsir göstərir.

Qərargahı Parisdə yerləşən təşkilatın yeni hesabatındakı tapıntılar bu həftə Marsel şəhərində dünyada su ehtiyatları mövzusunda beynəlxalq konfransda müzakirəyə çıxarılacaq.

UNESCO-nun hesabatındakı tapıntılar su ehtiyatları ilə bağlı ilk xəbərdarlıq deyil. Hesabatı hazırlayan Ulcay Unver bildirir ki, su ehtiyatları və su təchizatı ilə bağlı narahatlıqlar ədətən bir istiqamətə yönəlib.

Ulcay Unver: “Su böhranı adətən, qlobal deyil, yerli çərçivədə ünvanlanıb. Bizim çoxumuz da, ictimaiyyətin üzvləri və qərar çıxaran rəsmiləri qlobal mənzərəni görə bilmir, yerlərdə gördükləri problemləri qlobal səviyyədə əlaqələndirməyi bacarmır.”

BMT keçən həftə dünya ölkələrinin içməli suya ehtiyacı olan insanların sayının yarıya endirilməsi kimi minilliyin məqsədinə müəyyən edildiyindən beş il əvvəl nail olub. Ulcay Unver:”Burada söhbət sudan istifadənin çox mühüm bir komponentindən söhbət gedir. Lakin bu, istifadə edilən suyun 10 faizini əhatə edir. Suyun qalan hissəsindən kənd təsərrüfatı və sənayedə istifadə edilir. Burada həm də sellər və quraqlıq kimi hallarda sudan necə istifadən söhbət gedir.”

Hesabata əsasən, sudan istifadə məsələsində prolemlər qalmaqdadır, sanitariya infrastukrutu şəhərsalmanın genişlənməsi ilə uyğun inkişaf etmir. Fermerlər suyun əsas hissəsindən sayı artan əhalini taxılla təmin etmək üçün istifadə edir. Sudan istifadə ət istehlakının artması kimi yeni struktur dəyişikliyinə görə də artır. UNESCO-nun yeni hesabatına əsasən, əsrin ortalarına qədər dünyada sudan istifadə indikindən 70 faiz artıq olacaq. BMT bu tendensiyaların iqtisadi bərabərsizliyin və müxtəlif regionlarda insanlar arasında gərginliyin artmasına gətirib çıxaracağını qabaqcadan söyləyir.

Su ilə təminat məsələsi hər regionda fərqlidir. Afrikada su infrastrukturunun yaxşılaşmasına və böyük su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə ehtiyac duyulur.

İqlim dəyişikliyi su qıtlığı kimi problemin mövcud olduğu ərəb ölkələrinə daha çox təsir göstərəcək. Asiyada isə su ilə təminat məsələsinə əsas təsir göstərən amillər şəhərsalma, iqtisadi inkişaf və sənayeləşmə olacaq. Başqa tərəfdən, Türkiyədə Ankaradan Filippində Manilaya qədər bir sıra yerlərdə sudan daha səmərəli istifadə ediləcək.

UNESCO-nun hesabatında dünya ictimaiyyətinə göndərilən mesaj ondan ibarətdir ki, su ilə bağlı problemlər və onların həllinə vəhdət halında baxılmalıdır.

XS
SM
MD
LG