Accessibility links

Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyası açılıb


UNESCO-nun qərargahı
UNESCO-nun qərargahı
Bu gün Bakıda “JW Marriott Absheron” otelində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası başlayıb. Sessiyada 116 ölkədən 780 nəfər nümayəndə iştirak edir.

Foruma UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin sədri seçilmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir.

Nazir bildirib ki, bu ilki sessiya Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinə təsadüf edir. Son onilliklər ərzində qeyri-maddi mədəni irsin əhəmiyyətinin tanınması və Qeyri-Maddi Mədəni İrs üzrə 2003-cü il Konvensiyası dünyada geniş auditoriya tərəfindən qəbul olunur.

Bu Konvensiya 195 ölkənin 155 üzvü tərəfindən qəbul edilib və onun 10 illik yubileyinin bu ilə təsadüf etməsi tədbirin əhəmiyyətini daha da artırır. İnanırıq ki, sessiyada müzakirə olunacaq məsələlər, qəbul olunacaq qərarlar dünyada sülhün daha da möhkəmlənməsinə təkan verəcəkdir”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG