Accessibility links

UNICEF: Suriyalı uşaqlar təhlükədədir


Syria’s Children in Crisis

Syria’s Children in Crisis

BMT Uşaq Fondu Suriyada 3 ildir davam edən münaqişənin oradakı uşaqlara göstərdiyi təsirə diqqəy yönəltməyə çağıraraq bildirib ki, bu böhran regionun müasir tarixində uşaqlara ən böyük zərbə vuran münaqişə olub.

UNICEF-in bu gün açıqladığı bəyanatında deyilir ki, hazırda müharibə səbəbilə 5.5 milyon uşağın yardıma ehtiyacı var. Bu rəqəm son bir ildə iki dəfə artıb.

UNICEF bildirir ki, müharibə ölkədə inkişafların qarşısını almaqla yanaşı, insanlara emosional zərbə vurub.

Hesabatda həm evlərindən didərgin salınan, həm də ölkədə qalan uşaqların təhsil imkanlarından məhrum edildiyi bildirilir.

Suriyalı uşaqların üzləşdiyi digər çətinlik adekvat səhiyyə imkanının olmamasıdır. UNICEF bildirir ki, ölkədəki xəstəxanaların 60 faizi ya dağıdılıb, ya da yararsız hala salınıb.
XS
SM
MD
LG