Accessibility links

"United" və "Continental" aviaşirkətləri birləşir


Hər iki şirkətin idarə heyəti 3 milyard dollarlıq razılaşmanı dünən təsdiq edib

ABŞ-ın iki aviaşirkəti UnitedContinental bu gün birləşərək dünyanın ən böyük hava yolları şirkətini yaratmaq barədə razılığa gəlib. Hər iki şirkətin idarə heyəti 3 milyard dollarlıq razılaşmanı dünən təsdiq edib.

United Hava Yolları adı ilə fəaliyyət göstərəcək yeni şirkət dünyanın ən böyük aviaşirkəti olan Delta Hava Yollarını üstələyəcək.

Yeni şirkət 59 ölkədə 370 hava limanına uçuşlar həyata keçirəcək. Bu razılıq səhmdarlar və inhisarlaşmaya qarşı mübarizə aparan təşkilatın nümayəndələri tərəfindən təsdiq olunmalıdır.

XS
SM
MD
LG