Accessibility links

Dünyada qeydə alınan ən yaşlı qadın olan Bisse Kuper 116 yaşında vəfat edib.

Bisse Kuper “Guiness”in dünya rekordları kitabında dünyada bu yaşa çatmış az sayda olan uzunömürlü insanlardan biri kimi qeydə alınmışdır. O, Corciya ştatının Atlanta şəhərindən təqribən 70 km aralıda vəfat edib.

Onun oğlu Sidney Kuper Bissenin tənəffüs orqanlarında problemlərdən sonra onun otağına oksigen yerləşdirildiyini deyib. O, anasının çərşənbə axşamı günorta saatlarında “sakit ölüm” keçirdiyini bildirib.

Kuper yanvar ayında dünyada ən yaşlı insan kimi qeydə alınıb, lakin may ayında ondan 48 gün yaşlı olan braziliyalı qadın bu titulu ondan aldı. İyun ayının 21-də braziliyalı qadın vəfat etdikdən sonra “Guiness” dünya rekordları yenidən dünyanın ən yaşlı insan titulunu Kuperə geri qaytarıb.

Dörd uşaq anası olan Kuper keçmiş məktəb müəllimi olub və üç əsr boyu ömür sürüb.
XS
SM
MD
LG