Accessibility links

Uolt Disneyin Miki Maus obrazı əslində dovşan obrazı kimi meydana gəlir. 1928-ci ildə Osvald adlı dovşan obrazını Uolt Disney Universal Pictures şirkətinə satır. Şirkət sonradan Disneyin bütün işçilərini işə götürür və Disneyə az məvacibli iş təklif edir. Bununla razılaşmayan Disney ona sadiq qalan yeganə işçisi ilə birgə yeni obraz icad etməli olur. Onlar dovşanın qulaqlarını kiçildir və sıçovula bənzər Mortimer adlı yeni obraz yaradır. Amma Disneyin həyat yoldaşının bu addan heç xoşu gəlmir və nəhayət yeni obraz Miki adı ilə öz debütünü edir.

mickey mouse

mickey mouse

Şoubiznes tarixində heç kim Uolt Disney kimi fantaziya baxımından zəngin olmayıb. İstedadlı artist 1-ci Dünya Müharibəsinin son bir neçə ilini təcili yardım sürücüsü işləməklə keçirir. Fransadan qayıtdıqdan sonra Disney film dünyasında karyera qurmaq qərarına gəlir.

Hər şey onun həyat yoldaşı Lillianın Miki adlandırdığı danışan siçan xarakterinin yaranması ilə başlayır.

1928-ci ildə “Paroxod Uilli” adlı qısa-metrajlı cizgi filmində Miki Mausla Uolt Disney özünün debütünü edir və Miki Amerikanın ikonuna çevrilir.

Cəsarətli sıçovul böyük iqtisadi böhran yaşayan amerikalıların ruh yüksəkliyini özündə təcəssüm etdirirdi.

1932-ci ildə Disney yaratdığı Miki Maus obrazına görə Oskar mükafatı alır. Bunun ardınca Disney sonralar hər kəs tərəfindən sevilən Donald Duck, Goofy və Pluto kimi yeni xarakterlər yaradır.

Disney səs effektli cizgi filmini sevinclə qarşılayır və musiqi, təbii səs effektini cizgi filminə əlavə etməkdə birinci olur.

Kino-rejissor Alfred Hitçkok bir dəfə həsədlə “Disney bəyənmədiyi aktyorları sadəcə cıraraq məhv edə bilir” demişdir.

“Snow White and the Seven Dwarfs” cizgi filmi Disneyin ilk uzunmetrajlı cizgi filmi olur. Amma bu filmi istehsal etməsi az qala onun studiyasını müflis edir.

Yalnız bankdan aldığı kredit vasitəsi ilə Disney filmi tamamlaya bilir və 1937-ci ildə filmin premyera ayaqüstü alqışlarla qarşılanır.

Bu filmin uğuru Disneyə Kaliforniyanın Burbank şəhərində Uolt Disney studiyası yaratmasına səbəb olur və 1940-cı ildə “Pinokio və Fantaziya” cizgi filmi ekranlara çıxır.

Amma təəssüf ki, nə studiyanın yaradılması, nə də yeni cizgi filmi maliyə baxımından uğurlu olmur və “Dumbo” cizgi filminin çəkilişləri zamanı Disneyin işçiləri tətil etdikdə, Uolt Disney daha da çox maliyə böhranı yaşamalı olur.

Nəhayət onun az büdcəli “Dumbo” filmi ekranlara çıxır və film həqiqətən də böyük gəlir gətirir.

1940-cı ildə Amerika 2-ci Dünya Müharibəsinə qoşulduqda federal hökumət Disney studiyasından təşviqat xaraketerli müharibə filmləri istehsal etməsini istəyir.

Sadəcə səhnədə ideyalarını həyata keçirməklə kifayətlənməyən Disney diqqətini dünyanın ilk əyləncə parklarından olan Disney əyləncə parkını planlaşdırmağa və inşa etdirməyə yönəldir.

Disneylenddə aktyorlar cizgi filmlərindəki obrazlar kimi geyinir, onlar kimi hərəkət edir. Disneylent ailələrin cizgi filmləri dünyasına səyahət edə, təhlükəli anlar yaşaya bilmələri üçün macaralı cizgi dünyasından ibarət olur.

Ən əsası o idi ki, Disney parkın ətrafında dəmir yolu çəkilməsini istəyirdi.

Disneyin böyük əyləncələrindən biri qızını və dostlarını miniatür Karolvud qatarında gəzdirmək idi.

1946-cı ildə Disney şöhrətli sürrealist rəssam Salvador Dali ilə birləşərək eksperimental animasion film üzərində işləyir. Şirkət növbəti dəfə maliyə böhranına uğradıqda isə filmin çəkilişləri təxirə salınır.

Sonralar filmin üzərində yenidən işlənilir və animasion cizgi filminin olduqca gözəl alınması keçmişdə onun klassik nağılları interpritasiya etməsini tənqid edənlərə layiqli cavab olur.

Amma “Yatan Gözəl” və “Sinderella” cizgi filmləri uşaqlar üçün zəmanəmizin ən yaxşı filmlər siyahısına daxildir.

Uolt Disneyin çəkdiyi klassik cizgi filmləri musiqisi və bədiiliyinə görə heç vaxt yeniliyini itirmir.

1964-cü ildə studiyanın yeni istehsalı, bədii film və cizgi filminin kombinasiyası olan “Mary Poppins” filmi studiyaya ən böyük nailiyyətini qazandırır.

İki il sonra siqaret çox çəkən Uolt Disney ağcıyər xərçənginə yoluxur və 65 yaşında vəfat edir.

Uolt Disney özündən sonra getdikcə daha da şöhrətlənən və ildə 22 milyard dollar gəlir gətirən dünyanın ən müvəffəqiyyətli əyləncə konqlomeratını qoyur.

Bu gün Walt Disney Pictures şirkəti filmsevərlərin bütün nəsilləri üçün əsas film mənbəyi hesab edilməkdədir.

XS
SM
MD
LG