Accessibility links

Uqanda paytaxtında baş verən bomba hücumlarında onlarla adam ölüb


Partlayışlar zamanı 64 nəfərdən çox insan ölüb

Uqanda prezidenti Yoveri Museveni paytaxt Kampalada Dünya Futbol Çempionatına tamaşa etmək üçün insanların toplaşdığı yerdə azı 64 nəfərin ölümü ilə nəticələnən iki bomba partlayışının baş verdiyi yerə gedib. Partlayışlar nəticəsində onlarla insanın yaralandığı bildirilir. Cənab Museveni hücumları həyata keçirənləri terrorçu adlandırmış və Uqandanın onları mütləq ələ keçirəcəklərini demişdir.

Dünən həyata keçirilən bomba hücumlarının məsuliyyətini üzərinə götürən olmasa da, polis rəsmisi Kale Kaihura İslamçı Somali yaralı qrupu Əl-Şababın əli olduğunu deyib. Somali paytaxtı Moqadişunun böyük hissəsini nəzarəti altında saxlayan Əl-Şabab qrupu orada Dünya Futbol Çempionatının baxılmasını qadağan edib.

XS
SM
MD
LG