Accessibility links

ABŞ Birləşmiş Ştatlara uçuşlar həyata keçirilən müəyyən xarici aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirəcək


Obama administrasiyasının rəsmiləri bildirib ki, Əl-Qaidənin təyyarəyə keçirmək üçün yeni bombalar yarada biləcəyindən ehtiyat edərək bəzi xarici hava limanınlarında təhlükəsizlik tədbirləri gücləndirilir.

ABŞ Milli Təhlükəsizliyinin rəhbəri Ceh Conson deyid ki, ABŞ Birləşmiş Ştatlara birbaşa uçuşların həyata keçirildiyi müəyyən xarici aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirəcək. O, tədbirlərə nəyin səbəb olduğunu və ya tədbirlərin hansı hava limanlarında keçiriləcəyi barədə təfsilata varmayıb.

ABŞ-ın elanından sonra Britaniya hava limanları da təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu arada ABŞ-ın Uqandadakı səfirliyi Uqandada Entebbe beynəlxalq hava limanında mümkün terror hücumu barədə xəbərdarlıq edib.

Səfirlik veb səhifəsində kəşfiyyat mənbələrinə istinadən bildirib ki, adı müəyyən olmayan terrorçu qrup çərşənbə günü, iyulun 3-də axşam saat 9-11 radələrində hava limanında partlayış törədəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG