Accessibility links

Uqanda silahlı qüvvələri "Allahın Müqavimət Ordusu" (AMO) adlanan üsyançı qrupun yüksək rütbəli komandirini yaxalayıblar. Bu nailiyyət onları müharibə cinayətlərində günahlandırılan Cozef Konini tutmağa bir addım yaxınlaşdırır.

Uqanda hərbi sözçüsü bəyan edib ki, üsyançı komandir bir gün öncə Mərkəzi Afrika Respublikasında pusquda ələ keçirilib. Sezar Açellam üsyançı lider Koninin ordusunda general mayordur.

Koni və onun rəhbərlik etdiyi AMO 26 ildir ki, Mərkəzi Afrika sakinlərinə divan tutur. Onlar kəndlərə hücumlar edir, sakinləri öldürür, oğurlayır və milyonlarla adamı evlərindən didərgin salıblar.

Koni Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışdadır.

XS
SM
MD
LG