Accessibility links

Həsən Ruhani: İran uran zənginləşdirilməsi prosesini heç vaxt dayandırmayacaq


İran prezidenti Həsən Ruhani beynəlxalq ictimaiyyətlə konstruktiv əlaqələr qurulacağını vəd etsə də, ölkəsinin uran zənginləşdirilməsi istiqamətində fəaliyyətini dayandırmayacağını deyib.

Cənab Ruhani bu sözləri İranla BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında razılığın əldə edilməsindən bir neçə gün sonra deyib. Razılığa əsasən beynəlxalq sanksiyaların yüngülləşdirilməsi qarşılığında İran nüvə proqramının müəyyən hissəsini məhdudlaşdıracaq.

Altı ay müddətində davam edəcək razılığa əsasən, İran elektrik enerjisi istehsal etmək üçün uranın beş faiz səviyyəsində zənginləşdirilməsi prosesini davam etdirə biləcək. Bu, elektrik enerjisi hasil etmək üçün kifayət səviyyədir. İran habelə 20 faiz səviyyəsində zənginləşdirilmiş uran ehtiyatını neytrallaşdırmalıdır. Bu səviyyədə uran ehtiyatı tibbi tədqiqatlar üçün istifadə edilə bilər, amma eyni zamanda nüvə silahı istehsal etmək üçün də lazım olan səviyyəyə çox yaxındır.

İran prezidenti Həsən Ruhani hökumətin məqsədinin BMT Təhlükəsizlik Şurası və ayrı-ayrı ölkələr tərəfindən tətbiq edilmiş sanksiyalara son qoymaqdan ibarət olduğunu bildirib.
XS
SM
MD
LG