Accessibility links

Ürəyə nəzarət edən 3D cihazı [Video]


Sizin nə vaxtsa ürəyiniz sınıb? İndi onu düzəltmək olur, lakin siz fikirləşdiyiniz kimi yox. İsrail alimləri həyatı xilas edəcək cihaz hazırlayıb ki, bu cihaz ürəyə nəzarət edə və ürəkdəki problemləri aradan qaldıra bilir.

Təhqiqatçılar canlı ürək toxumalarından istifadə edərək, laboratoriya və nano-elektroniklərlə 3D çap cihazını hazırlayıb. “Bu elektron cihazın vəzifəsi toxuma funksiyasına nəzarət etmək və lazım gəldikdə toxumaları aktivləşdirməkdir”, deyə, Tel-Əviv universitetinin professoru Tal Driv bildirir.

Bununla yanaşı cihaz ürək əzələlərinin qüsurlu hissələrindəki hüceyrələri bərpa etmək üçün həmin hissələri dərmanla təmin edə bilir. Cihaz eləcə də, xəstənin vəziyyəti haqda uzaqdan həkimə məlumat ötürə bilir. Professor Tal Driv: “Xəstə evində oturub və özünü pis hiss edir. Həkim bu cihazın köməyi ilə öz kompyuterində xəstənin ürəyinin vəziyyətini görə bilir və ürəyin fəaliyyətini yaxşılaşdırmaq üçün uzaqdan müdaxilə edə bilir.”

Xroniki ürək xəstəliyi olan və infarkt keçirən insanlar üçünsə bu cihaz ürək transplantasiyasını əvəzləyə bilər. Beləliklə, bu cihaz gələcək kəşflərə yol aça bilər. Tal Driv: “Biz 3D çap cıhazı vasitəsilə ürəyin bütövlüklə elektron görüntüsünü əldə etməyə çalışırıq. Mən inanıran ki, gələcəkdə, 10-20 ildən sonra xəstəxanalarda və bazarlarda belə bionik orqanlar olacaq.”

Ürək cihazı üzərində iş hələ də davam edir və onun istifadəyə verilməsi bir neçə il çəkə bilər.

XS
SM
MD
LG