Accessibility links

Ürək transplantasiyası ürək xəstəliyi yalnız axırıncı mərhələdə olarkən edilir (Video)

  • Nərminə Cəlalqızı

Həkimlər yaşlı insanların başqa orqanları sağlam olduğu təqdirdə onların xronoloji yaşı deyil, fizioloji yaşını nəzərə alırlar

Martın 24-də Birləşmiş Ştatların sabiq vitse-prezidenti Dik Çeyniyə edilən ürək transplantasiyasından sonra 71 yaşlı vitse-prezident sağalmaq üzrədir. Dik Çeyni üzərində aparılan cərahiyyə əməliyyatından sonra bəzilərinin onun yaşda insanlara ürək transplantasiyası edilməməli olduğunu deməsi mübahisələrə səbəb olub.

Sabiq vitse-prezident Dik Çeynidə ürək problemi uzun illərdir var. Onda ilk ürək tutması 37 yaşında olarkən baş verib. Son 30 ildə isə o, dörd dəfə infarkt keçirib. İki ilə yaxındır ki, həkimlər onun ürəyinə mexaniki nasos kimi cihaz yerləşdiriblər. O, bu cihazı televiziya ilə çıxışı zamanı da nümayiş etdirmişdi.

“Bir ildən çoxdur ki, məndə ürək çatışmazlığı var idi. Bu isə qan dövranına mane oldurdu - mənim böyrəklərimi, ciyərimi və digər orqanlarımı sıradan çıxara bilərdi.” deyə, cənab Çeyni bildirir.

İstər qadın, istəsə də kişiyə ürək transplantasiyası ürək xəstəliyi yalnız axırıncı mərhələdə olarkən edilməlidir.

Doktor Samir Naccar Vaşinqtonun Medstar xəstəxanasında ürək transplantasiyalarına nəzarət edir. O, bir sıra amillərin həkimlərə kimlərin yeni ürəklə təmin ediləcəyinə yardım etdiyini deyir. “Biz insan bədənindəki bütün orqanları müayinədən keçiririk.”

Əgər orqanlar sağlamdırsa, həkimlər digər amillərə nəzər salır.

Doktor Samir Naccar: “Biz xəstənin nədən şikayət etdiyini, onların sosial bazasını, dərmanları vaxtında qəbul edib-etmədiklərini, təlimatları lazımınca yerinə yetirib-yetirmədiklərini bilməliyik. Bunlar ürək transplantasiyası üçün vacibdir.”

71 yaşlı Dik Çeyni ürək transplantasiyası olan ən yaşlı xəstədir. Doktor Naccar yaşın çox vacib olduğunu desə də, bunun yeganə amil olmadığını deyir. Doktor Naccar deyir ki, araşdırmaların nəticələri 60-65 yaşlarında ürək transplantasiyası edilən xəstələrin səhhətlərinin yaxşı olduğunu göstərib.

Beş il bundan əvvəl transplantasiya edilənlərin 75 faizi, on il əvvəl edilənlərin isə 50 faizinin hələ də yaşadıqları göstərilib. Həkimlər yaşlı insanların başqa orqanları sağlam olduğu təqdirdə onların xronoloji yaşı deyil, fizioloji yaşını nəzərə alırlar.

XS
SM
MD
LG