Accessibility links

Ürək xəstəlikləri dünyada ən öldürücü xəstəliklər siyahısındadır


Ürək xəstəlikləri dünyada ən öldürücü xəstəliklər siyahısındadır
Ürək xəstəlikləri dünyada ən öldürücü xəstəliklər siyahısındadır

Ürək xəstəlikləri dünyada ən öldürücü xəstəliklər siyahısındadır. Qadınlar kişilərlə müqayisədə daha artıq risk altındadır. Kişilərdə infarkta əsasən damar tıxacları səbəb olur. Angioqram adlanan rentgen üsulu ilə tıxaclar müəyyən edilir və xəstənin damarına nazik borucuq yeridilir. Lakin angioqram qadınlar üçün həmişə problemin həlli deyil. Bu isə qadınlarda ölüm riskini artırır. Dünyada hər il 18 milyon qadın ürək xəstəlikləri səbəbi ilə dünyasını dəyişir. Bu yaşla da müəyyən edilmir. Karri Vinsent ilk uşağı dünyaya gəldikdən dərhal sonra infarkt keçirib.

“31 yaşım vardı. Bu yaşda infarkmı keçirmək olar”?

Vinsent indi qapı-qapı gəzib qadınlara xəbərdarlıq paylayır. İren Pollin xəbərdarlıqdan sonra işə başlayıb.

“Ürək xəstəlikləri birnömrəli ölüm faktorudur” .

Pollin “Bacı bacıya” adlı təşkilata rəhbərlik edir. Bu təşkilat qadınları xəstəliklə bağlı maarifləndirmə ilə məşğuldur. İren qadınlara xolistirin, yüksək qan təzyiqi kimi risk faktolarından bəhs edir. “Məqsədimiz qadınları riksdən xəbərdar etməkdir. Onlar yoxlanmalı və lazım olduqda ölçülər götürməlidir”.

İren qadınların xəstəliklərin qarşısının alınması üçün kardioloq Coan Foddi ilə iş birliyi aparır.

“Sevindirici hal budur ki, ürək xəstəliklərinin 95 faizinin qarşısını almaq mümkündür” .

Bu isə o deməkdir ki, siqaret çəkilməməli, diabetə yol aça biləcək risklər aradan qaldırılmalı, və ya şəkər nəzarətdə saxlanmalı, stress azaldılmalı, gündə 30 dəqiqə idmanla məşğul olunmalıdır.

Qadınlarda ürək problemlərinə daha çox inkişaf etməkdə olan ölkələrdə rast gəlinir. Kardioloq Daryuş Mozafarian problemi artıq çəkidə görür.“Xroniki xəstəliklərə çox yemək deyil, pis yemək səbəb olur” .

Həkimlər yemək rasionuna balıq, tərəvəz, bitki yağı, qozları əlavə etməklə yanaşı, duz və doymuş yağların pəhrizdən çıxarılmasını məsləhət görür.

XS
SM
MD
LG