Accessibility links

Azərbaycan və Türkiyə idmançılarını alqışlayan urmiyəlilər məhkəmə gözləyir


Yasir Əkbəri və Məhəmməd Təməddün

Yasir Əkbəri və Məhəmməd Təməddün

Azərbaycan veb səhifələrinə istinadən, Urmiyə şəhərində keçirilən Beynəlxalq Karate Turnirində Azərbaycan Respublikası və Türkiyədən qatılan idmançıları alqışladıqları və Azərbaycan bayrağı yanında şəkil çəkdikləri üçün nəzarət altına alınıb və daha sonra sərbəst buraxılan iki urmiyəli gənc məhkəmə gözləyir. Urmiyə - Beynəlxalq Karate Turniri

Urmiyə - Beynəlxalq Karate Turniri


Yayılan məlumata görə, Yasir Əkbəri və Məhəmməd Təməddün mayın 9-da Urmiyənin Əl-Qədir stadionunda nəzarət altına alınıblar.

Onların bir gecə İran Təhlükəsizlik Nazirliyinin Doqquz-Pillə məhəlləsindəki həbsxanasında sorğu-suala çəkildikdən sonra zəmanət qarşılığında və müvəqqəti şəkildə sərbəst buraxıldıqları bildirilib.

“Məmurlar Azərbaycan mədəni fəallarını nəzarət altına aldıqdan sonra onların telefon və "tablet"lərini (iPad) də müsadirə etmişdilər. Urmiyəli gənclərin nə ilə ittiham edildiyi bəlli deyil”-deyə Oyan News veb səhifəsi bildirib.

Günaz TV saytı isə hər iki fəalın yaxın zamanda mühakimə ediləcəyi ilə bağlı məlumat yayıb.

Urmiyədə keçirilən Beynəlxalq Karate Turnirində İran, Azərbaycan Respublikası və Türkiyə komandalarından əlavə, Ermənistan, Cənubi Koreya, Hong Kong və İraq idmançıları iştirak ediblər.
XS
SM
MD
LG