Accessibility links

Son iki həftə ərzində bəhai türklərin önəmli mərkəzlərindən biri hesab edilən Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə bəhayilərə məxsus 25 iş yerinin möhürlənərək bağlandığı bildirilir.

Bu haqda iş yerləri möhürlənən şəxslərin yaxınları BBC şirkətinin Fars xidməti və HRA agentliyinə məlumat veriblər.

Yayılan məlumata istinadən, iş yerləri bağlanan bəhayilər həmkarlar ittifaqları, Urmiyə Bələdiyyəsi, Urmiyə Qubernatorluğu və İran polisinin ümumi məkanlara nəzarət bölməsinə (Əmakin) müraciət ediblər amma mağaza və iş yerlərinin möhürlənməsinə dair qərarın hansı qurum tərəfindən verildiyinə dair məlumat ala bilməyiblər.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bəhailər və xristianların da sayı az deyil.

Güneyli hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm də dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.

XS
SM
MD
LG