Accessibility links

Hökümət Urmiyə Gölünün büdcəsini vermir, deputatlar əhalidən yardım istəyir


Urmiyə Gölünün canlandırılması layihələri dayandırıla bilər

Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantərinin bu günə qədər hökümət tərəfindən canlandırma layihələri üçün hər hansı bir vəsaitin buraxılmadığına dair açıqlamaları ictimaiyyətdə ciddi narahatlıqlara səbəb olub.

Urmiyə Gölü üçün nəzərdə tutulmuş vəsaitin Həsən Ruhani höküməti tərəfindən verilməməsini tənqid edən siyasətçilərdən biri, Təbriz millət vəkili Şəhabəddin Bimiqdar xəbər agentliklərinə müsahibədə əhaliyə yardımı üçün müraciət etməyi təklif edib.

İsa Kəlantəri
İsa Kəlantəri

Amma oktyabrın 20-də Nasr News-a danışan İsa Kəlantəri Urmiyə Gölünü canlandırma layihələrinin davamının ancaq hökümətin vəd etdiyi vəsaitin buraxılması ilə mümkün olacağını vurğulayıb.

“Bu il hökümət Urmiyə Gölünü canlandırma layihələrində xərclənmək üçün 1200 milyard tümən vəsait buraxmalı idi. Ancaq bu günə qədər heç bir vəsait verilməyib,” deyə Canlandırma Mərkəzinin katibi bildirib. O, eyni zamanda hələ də ümidli olduğunu söyləyib.

Canlandırma Mərkəzinin Şərqi Azərbaycan nümayəndəsi Xəlil Sai isə İSNA agentliyi ilə müsahibədə Urmiyə Gölü ilə bağlı layihələrin dayandırılması ehtimalından söz açıb.

Bununla yanaşı, Türk Bölgələri Fraksiyasının sözçüsü, Təbrizin islahatçı millət vəkili Zəhra Sai məsələ ilə bağlı Həsən Ruhani höküməti ilə müzakirələrin davam etdiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG