Accessibility links

Urmiyədə nəzarət altına alınanların əksəriyyəti azad edilib


Nima Həsəni, Ata Kərimi və Yasir Əkbəri
Nima Həsəni, Ata Kərimi və Yasir Əkbəri

3 nəfər zindana göndərilib

İyun ayının 10-da Urmiyə Gölü ilə bağlı etiraz aksiyaları zamanı Urmiyənin Güllər Bağı parkında nəzarət altına alınan etirazçılar, habelə iyunun 9-da aksiyadan bir gün öncə tutulmuş fəalların çoxunun iyunun 11-də zəmanət qarşılığında müvəqqəti şəkildə sərbəst buraxıldığı, 3 nəfərin isə Urmiyənin mərkəzi zindanına göndərildiyi bildirilib.

Oyan News saytına istinadən, Urmiyənin mərkəzi zindanına göndərilən Urmiyə gölü müdafiəçiləri Nima Həsəni, Ata Kərimi və Yasir Əkbəri əvvəllər də həbs və mühakiməyə məruz qalıblar. Hər üç fəal iyunun 9-da İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq, Ettelaatın Doqquz Pillə məhəlləsindəki həbsxanasına aparılmışdı.

Yayılan məlumata görə, həbslərdən sonra gənc fəalların ailələri övladlarının həbsə salınmasına etiraz məqsədi ilə Urmiyə məhkəməsi qarşısında toplanıblar.

İyunun 10-da Urmiyə gölünün iki tərəfində yerləşən Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərinin mərkəzləri Təbriz və Urmiyədə milli fəallar və şəhər əhalisi İran dövlətinin ekoloji məsələləri ilə bağlı siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər.

Hər iki şəhərdə İran polisi və təhlükəsizlik qüvvələri bir çox iştirakçını həbs edərək, etiraz aksiyalarını dağıtmağa cəhd edib.

Etirazlarda səslənən şüarlara görə, etirazçılar Urmiyə gölü böhranının dövlətin yanlış siyasəti nəticəsində ortaya çıxdığına, eləcə də prezident Həsən Ruhaninin ekoloji fəlakətin qarşısını alacağına dair vədlərinə əməl etmədiyinə inanırlar.

Etiraz aksiyalarında “Ruhani, Ruhani, vədlərin bəs hanı?”, “Urmu gölü susuzdu, Azərbaycan oyanmasa, uduzdu”, “Urmu gölü səslənir; susuzam haray haray” və “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir” kimi şüarlar səsləndirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG