Accessibility links

İki Urmiyəli İranın ən yaxşı qadın və kişi voleybolçusu seçilib


Məryəm Yektayi və Səid Məruf

Məryəm Yektayi və Səid Məruf

Səid Məruf və Məryəm Yektayi İranın ən yaxşı voleybolçuları seçiliblər

Urmiyəli voleybolçular və Urmiyə Bələdiyyə Klubunun kişi və qadın komandaları oyunçuları Səid Məruf və Məryəm Yektayi İranın ən yaxşı kişi və qadın voleybolçuları seçiliblər.

İran dövlətinin rəsmi xəbər agentliyi İRNA-ya istinadən, ölkənin ən yaxşı voleybol oyunçularının seçimi internet-səsvermə və ekspertlərin rəyi olmaqla iki mərhələdə həyata keçirilib.

İranın voleybol üzrə milli yığmasının kapitanı Səid Məruf habelə 2014-cü ildə Beynəlxalq Voleybol Federasiyası (FIVB) tərəfindən dünyanın ən yaxşı pasöru (dispetçeri) seçilərək, Dünya Liqasının Yığma Komandasında yer almışdı.

Hazırda İranın qadın milli voleybol komandasının üzvü olan Məryəm Yektayi isə keçmişdə ölkənin milli futbol komandasında da oynayıb.

İran Azərbaycanının Təbriz və Ərdəbil şəhərləri ölkənin ən önəmli futbol mərkəzləri hesab edildiyi kimi, Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyə də önəmli voleybol mərkəzi olaraq tanınır. Yerli media Urmiyəni Asiyanın Voleybol Paytaxtı kimi dəyərləndirir.

Təbrizdə futbol oyunları zamanı eşidilən milli şüarlar Urmiyə şəhərində voleybol matçlarında səsləndirilir. Ötən ilin mart ayında Tehranın Azadi stadionunda İran milli voleybol çempionatının finalından sonra Urmiyənin Bələdiyyə voleybol komandası tərəfdarları İran polisinin hücumuna məruz qalaraq ağır şəkildə döyülmüşdülər.

XS
SM
MD
LG