Accessibility links

Urmiyə gölünün xilası üçün çalışan azərbaycanlı fəal avqustun 24-də tutulub

  • Insafəli Hidayət

Urmiyə gölünün xilası üçün çalışan azərbaycanlı fəal avqustun 24-də tutulub

Urmiyə gölünün xilası üçün çalışan azərbaycanlı fəal avqustun 24-də tutulub

Urumiyəli Məhsa xanım Mehdili, auqustun 29-da (Şəhrivərin 07) İttilaat idarəsindən Urumiyə şəhərinin zindanına göndərilib. Onun ailə üzvlərində biri Amerikanın səsinin Azərbaycan xidmətinin müxbirilə müsahibəsində bu xəbəri verib və əlavə edib ki Məhsa xanım Auqustun 2d-də və Urumiyə şəhərində İttilaat məmurları tərəfindən saxlanmışdı

İran-Azərbaycanlısı olan Məhsa xanım Türkiyə də ali təhsil alıb və illərdi ki orada yaşayır. O İranda azərbaycanlıların tələblərinin həyata keçirilməsi yolunda fəaliyyət göstərir. Radio və televiziyalara müsahibələr verir, İran azərbaycanlılarının istəkləri və problemləri barədə məlumat yayır. Xususilə də Urumiyə gülünün quruması məsələsi onun fəaliyyətlərində geniş yer tutur.

Məhsa xanım illərlə ailəsindən ayrı qalandan sonra vətəni İrana qayıtdı. O, İranda qayıdandan sonra Urumiyə şəhərində tutulub. Amerikanın səsinin əldə etdiyi məlumata əsasən, İttilaat idarəsi Səlmas şəhərinin ədliyyə idarəsinin hökmünə əsasən onu Urumiyədə tutub və sonra da Səlmas şəhərində onun atasının evində axdarış aparıb, bəzi əşyalarını müsadirə ediblər. Məhsa xanımın ailə üzvünün dediyinə görə onun hansı ittihamlar əsasında tutulması məlum olmasa da tutulması üçün məhkəmənin hökmü var imiş.

Amerikanın səsinin əldə etdiyi məlumata görə ona qarşı irəli sürülən ittihamlar İrandan xaricdə yaşadığı müddətdə medyalara verdiyi müsahibələrlə əlaqədardır. Nəzarət altında qaldığı müddətdə ona ailəsi ilə telefon əlaqəsi yaratmağa imkan verilib. Ailə üzvünün verdiyi məlumata görə bir neçə gün ərzində Məhsa xanımın zəmanətlə (vəsiqə ilə) azadlığa buraxılması gözlənilir.

XS
SM
MD
LG