Accessibility links

Noyabrın 22-də Berlin Azad Universitetində Beynəlxalq Umiyə Gölü Konfransına qatılan İran rəsmilərinin mövqeyini tənqid edən ekoloji ekspertləri gölün qurumasına səbəb olan əsas amillərin təbii deyil, insani olduğunu qeyd edir.

Xəzər Bölgəsi Araşdırmaları üçün Berlin Mərkəzi tərəfindən təşkil edilən elmi konfransda İran Enerji Nazirliyinin nümayəndələri, habelə İranın Almaniyadakı səfiri gölün əsasən təbii amillər üzündən quruduğunu irəli sürüb və dövlət tərəfindən gölə axan çaylar üzərində qurulan bəndlərin təsirini cüzi hesab ediblər.

”İran Enerji Nazirinin müavini Rəhim Meydani də ölkənin Almaniyadakı səfiri Əlirza Şeyx Əttar kimi əkinçilik və quraqlığı gölün qurumasının əsas amilləri kimi göstərib və bəndlərin təsirinə toxunmayıb” -deyə həmin konfransda iştirak edən Tehran Universitetinin Biologiya bölümünün müəllimi Dr. Hüseyn Axani Khbaronline saytında yaydığı yazıda qeyd edib.

Cənab Axani və digər ekspertlər ümumi olaraq, Urmiyə gölü ilə bağlı elmi konfransların təşkil edilməsini müsbət addım kimi dəyərləndiriblər. İranın yeni prezidenti Həsən Ruhani Urmiyədə baş verən ekoloji fəlakətinin qarşısını almaq üçün lazımi layihələrin həyata keçiriləcəyinə söz verib.

İran mediasının bildirdiyinə görə, hazırda Urmiyə gölünün 85 faizi quruyub. Universitet profesoru və İran dövlətinin ətraf mühit mühafizəsi təşkilatının başqan muavini İsmail Kəhromun sözlərinə görə, Urmiyə gölü qurusa, altı ilə səkkiz şəhərin duz qatları altında qalaraq bütünlüklə məhv olacağı təxmin edilir.

ISNA xəbər agentliyi isə gölün quruması ilə Azərbaycan vilayətlərində xərçəng, ağciyər, göz və tənəffüs xəstəliklərinin yayılacağı ehtimalını irəli sürüb.
XS
SM
MD
LG