Accessibility links

Urmiyə gölü ilə bağlı həbs hökmü alan milli fəallar haqda yeni xəbərlər


Qumtepe

Qumtepe

Abdulla Səduqi Təbriz zindanına göndərilib, digər fəallar həbs cəzalarını həbsxanada çəkməyə davam edir, Həsən Ərk 50 şallaq cəzasına məhkum edilib


Azərbaycan veb səhifələrinin yaydığı məlumata istinadən, İranın təhlükəsizlik məmurları 2011-ci ildə Urmiyə gölündə vəziyyətlə əlaqədar keçirilən etirazlarla bağlı bir il müddətinə məhkum edilmiş və əlavə olaraq bir il şərti həbs cəzası almış milli fəal və jurnalist Abdullah Səduqini mayın 23-də həbs edib, bir gecə Ettelaat həbsxanasında saxladıqdan sonra həbs müddətini çəkmək üçün Təbriz zindanına göndəriblər.

2010-ci ildə də Tıraxtur komandası ilə bağlı jurnalist fəaliyyətinə görə həbs edildiyi zaman Amnesty International tərəfindən vicdan məhbusu adlandırılan cənab Səduqi 2011-ci ilin avqust ayında 28 başqa azərbaycanlı fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsindəki bir evdə Urmiyə gölünün quruması məsəilə ilə əlaqədar toplantı keçirirkən təkrar həbs edilmişdi. Milli fəal daha sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən bir il qəti və əlavə olaraq bir il şərti həbsə məhkum edilmişdi.

Qumtəpə toplantısı ilə bağlı bir il qəti və bir ili şərti olmaqla iki il həbsə məhkum olan digər azərbaycanlı fəal Vəhid Şıxbəyli isə ötən ay nəzarət altına alınaraq həbs cəzasını çəkmək üçün Təbriz zindanına göndərilib.

Eyni zamanda, milli fəallar Həsən Ərk, Əziz Purvəli, Mehdi Həmidi Şəfiq və Əhməd Riyazı da Qumtəpə toplantısı ilə bağlı aldıqları həbs cəzalarını hazırda Təbriz zindanında çəkirlər.

Təbriz zindanında saxlanılanlardan jurnalist və siyasi fəal Həsən Ərk həbs hökmündən əlavə başqa bir mühakimə nəticəsində İran rəhbəri və İran polisinə böhtan atmaq ittihamı ilə 50 şallaq zərbəsi kimi cəzaya məhkum edilib.

Cənab Ərkin mayın 14-də tibbi müayinəyə göndərildiyini bildirən xəbər saytları “həkim onun bədəninin şallaq zərbələrinə dözə biləcəyini təsdiq etsə, hökm icra ediləcək,”-deyə qeyd ediblər.
XS
SM
MD
LG