Accessibility links

Urmiyə və Təbrizdə qarşıdurma olub


Urmiyə və Təbrizdə qarşıdurma olub

Urmiyə və Təbrizdə qarşıdurma olub

Aksiya iştrakçıları “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar səsləndirib.

Avqustun 27-də İranın Urmiyə və Təbriz şəhərlərində azərbaycanlı milli fəallar kütləvi etiraz aksiyaları keçirib. Etiraz aksiyaları barədə Youtube və Facebook sosial şəbəkələrində video görüntülər yayılıb.

Küçələrə axışan insanlar Urmiyə gölünün qurumasının qarşısını almaq üçün hökumətin heç bir tədbir görməməsinə, milli azadlıqlar tələb edənlərin həbsə atılmasına etiraz edib. Aksiya iştirakçıları “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar səsləndirib.

İrandakı azərbaycanlı milli fəallar Turana bildirib ki, etirazlardan sonra Təbrizdə İnternet kəsilib, Güney Azərbaycanda mobil telefonlarda problemlər yaranıb. Bəzi xəbərlərdə Urmiyə şəhərində 3 azərbaycanlının öldürüldüyü irəli sürül onlarla insanın yaralandığını bildirilir.

Urmiyədə polislə xalq arasında saatlarla toqquşmaların olduğu bildirilir. Qeyri-rəsmi məlumatlara görə, 60 nəfər həbs edilib.

Hazırda etiraz aksiyalarının səngidiyi, lakin qarşıdakı günlərdə nümayişlərin yenidən keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, İranın rəsmi orqanları bu xəbərləri təsdiqləmir.

Verilən digər bir məlumatda isə, ölkə prezidenti Mahmud Əhmədinejadın bu gün Urmiyə şəhərinə səfər etdiyi bildirilir. İnsanlar gözləyir ki, prezidenti özü məsələnin həll olunmasına söz versin.

Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası İranda baş verən son hadisələrlə bağlı bəyanatla çıxış edib. Sənəddə deyilir ki, etiraz aksiyası iştirakçılarının həbsi qanunsuzdur. “Aksiya iştirakçıları mədəni şəkildə etirazlarını bildirib. Urmiyə gölü quruyur və bu təhlükəlidir. İnsanların haqqıdır ki, buna etirazlarını bildirsinlər. İran hökuməti növbəti dəfə insan haqlarına olan sayğısızlığını ortaya qoyub”.

Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, on illərlə insan haqlarını kobud surətdə pozan İran adlanan rejim son illər repressiya siyasətini daha da gücləndirib. “Təbriz və Tehranda vətəndaşların siyasi və milli düşüncəyə görə kütləvi həbsi, onlara işgəncələr verilməsi, beynəlxalq hüquqla təsbit olunmuş azadlıqlarının tanınmaması, insan haqlarına meydan oxumaq və öz vətəndaşlarına qarşı aqressiv repressiyadır. Dünya insan azadlıqlarına, demokratik dəyərlərə hörmətsizliyə susa bilməz. İran keçmiş SSRİ kimi koloniya yaradaraq özünü dünyadan təcrid edib. Bu ölkə 30 ildən artıqdır ki, xalqa cəhənnəm əzabı verir”.

XS
SM
MD
LG