Accessibility links

Urmiyə həbsxanasında iki məhbus qətlə yetirilib

  • Insafəli Hidayət

Urmiyə həbsxanasında iki məhbus qətlə yetirilib

Urmiyə həbsxanasında iki məhbus qətlə yetirilib

Hadisələrin həbsxanada narkotik vasitələrin yayılmasına etiraz olaraq 17 nəfərin keçirdiyi aclıq aksiyası ilə əlaqəsi olduğu irəli sürülür

İranın Bəşər Haqları Fəallarının Xəbər Agentiliyi (HARANA) bildirib ki, Urmiyə həbsxanasında iki məhbus qətlə yetirilib. HARANA hadisələrlə əlaqədar olaraq həbsxananın keşikçilərini və polisi ittiham edib.

Müxtəlif sitələrdə də yayılan xəbərlərə əsasən, qətlə yetirilənlər siyasi məhbus deyillər və onlar zindanın iki ayrı binasında, "9" və "11" nömrəli binalarında öldürülüblər. HARANA yazır ki, müəyyən olmayan səbəbə görə "İyrəc Qəməngiz" həbsxana keşikçiləri tərəfindən döyülərək öldürülüb. Agentliyin xəbərində deyilir ki, bu qətlin xəbərini alan digər məhbusların qiyam qaldırmasından sonra Urmiyə şəhərinin polisi həbsxanaya basqın edib və "Seyfəddin Yəhyazadə" adlı məhbus da bu basqın zamanı polisin dəyənək zərbəsi nəticəsində həyatını itirib.

HARANA hadisənin başlamasının səbəbi haqqında məlumat verməsə də öncəki xəbərlərdə qeyd edilib ki, Urmiyə şəhərinin 17 məhbusu, narkotik maddələrin (məxəddirə )həbsxanada sərbəst yayılması və satılmasına etiraz olaraq aclıq aksiyası keçirib. HARANA-nın xəbərinə görə aksiyada iştirak edən etirazçıları bir nəfərlik kameralara yerləşdirmişlər.

XS
SM
MD
LG