Accessibility links

Urmiyada 4 nəfər edam edilib


Edam
Edam

Edam edilənlər qətldə günahlandırılır

İranın Qərbi Azərbaycan vilayətində 4 nəfər edam edilib. APA agentliyinin məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

Dekabrın 25-də 6 məhbus edam hökmünün icrası üçün təkadamlıq kameralara köçürülüb. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 26-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında asılıblar.

Məhbusların ad və soyadlarını da müəyyənləşdirmək mümkün olub. Bunlar Məhəmməd Qızılbaş, Hiva Müjdei, Mehdi Ağacani və Həsən Xəbbazidir. Digər iki məhbus - Əsəd Mərufi və Seyid Məhəmməd Rəsuli isə edam hökmləri icra edilmədən yenidən Urmiya şəhərinin mərkəzi həbsxanasına geri qaytarılıblar. Onlara öz işlərindən şikayət vermək hüququ tanınıb.
XS
SM
MD
LG