Accessibility links

Araz çayı Urmiya gölünə axıdılacaq


Urmiyə gölü qırmızı rəngə bürünüb
Urmiyə gölü qırmızı rəngə bürünüb

İran səfiri bunun Azərbaycan hökuməti ilə razılaşdırıldığını bildirib

İran və Azərbaycan 42 ildən çoxdur Araz çayından istifadə məsələsində əməkdaşlıq edir və bu çayın su ehtiyatlarından istifadəyə dair müqavilə var. Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı deməliyəm ki, İran ancaq öz payından istifadə edir. Bu məsələdə Azərbaycan tərəfinin razılığı var , çünki hər iki tərəf özünə düşən paydan istifadə etmək hüququna malikdir. APA agentliyinin məlumatına görə, bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Arazın suyunun Ürmiya gölünə axıdılmasına dair məsələsini şərh edərək bildirib.

Səfir vurğulayıb ki, Urmiya gölünün vəziyyəti ilə bağlı Azərbaycanın həssaslığını anlayır:

“Bu layihənin təməli təzə qoyulub və icrası üçün 2-3 il lazımdır. Araz çayının artıq və əlavə suyu Urmiya gölünə axıdılacaq. Güclü yağıntılardan sonra bəzən Arazda suyun səviyyəsi artır və daşqınlar əmələ gəlir. Hazırlanan xüsusi mexanizm əsasında bu artıq su Urmiya gölünə axıdılacaq. Azərbaycanın aidiyyəti orqanları bu barədə tam xəbərdardır”.

Urmiya gölünə axıdılacaq suyun çayın hansı hissəsindən götürüləcəyi barədə danışan səfir bildirib ki, Araz çayın üzərində bəndlər qurulub və bu bəndlərin sularından istifadə olunacaq:

“İran bu suların 50 faizini istifadə edəcək. Texniki məsələlərlə bağlı İran və Azərbaycan tərəfləri 1-2 aydan bir müzakirələr aparırlar. Görülən işlər qarşı tərəflə razılaşdırılıb, heç bir qeyri-qanuni hərəkət olmayıb”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG