Accessibility links

Urmiya gölü ətrafında 50 kənd boşalıb


Urmiyə gölünün son görüntüləri

Urmiyə gölünün son görüntüləri

Küləyin qaldırdığı duz hissəcikləri Kərəc və Tehrana qədər yayılır

İranın İslami Şura Məclisinin Urmiyadan seçilən azərbaycanlı deputatı Nadir Qazipur parlamentdəki çıxışında Urmiya gölünün qurudulmasının fəsadları haqqında xəbərdarlıq edib.

“Media forum” saytının məlumatına görə, Nadir Qazipur deyib ki, Urmiya gölü baxımsızlıq ucbatından sürətlə qurumağa doğru gedir.

“Araşdırmalarda bəlli olub ki, hazırda Urmiya gölünün ətrafındakı ən azı 50 kənd tamamilə boşaldılıb. Gölün su səviyyəsi kəskin düşüb. Problemlər tezliklə həll olunmasa, bu göl biryolluq məhv olacaq və onun yenidən bərpası üçün yüz milyardlarla dollar vəsait ayrılması lazım gələcək. Urmiya gölü quruduqdan sonra isə ölkədə irimiqyaslı duz tufanlarının şahidi olacağıq. Hazırda küləyin qaldırdığı duz hissəciklərinin Kərəc və Tehrana qədər yayılmasının şahidi oluruq. Bu fəsadlar hamıdan artıq əkinçilərin ciddi narahatlığına səbəb olub”.

APA-nın məlumatına görə, İranın Azərbaycandakı səfirliyi də Urmiya gölünün ətrafındakı 50 kəndin boşalması haqqında xəbərlərə belə münasibət bildirib.

“İran tərəfi Urmiya gölünün qurumasının qarşısının alınması istiqamətində işləri davam etdirir və bunun üçün müəyyən büdcə ayrılıb”.

“Gölün qurumasının qarşısını almaq üçün yaxınlıqdakı çaylar gölə axıdılır və buludlar süni şəkildə yağdırılır. Ümumiyyətlə, hər bir deputatın seçildiyi seçki dairəsindən məsələni gündəmə gətirməsi çox təbii hadisədir”, - deyə İran səfirliyi qeyd edib.
XS
SM
MD
LG