Accessibility links

Urmiyada 10 azərbaycanlı fəal həbs edilib


Urmiyə gölü
Urmiyə gölü

Onların İran prezidentinin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı vədlərinə əməl etməməsi ilə bağlı keçiriləcək aksiyalara görə tutulduqları ehtimal edilir

Iyunun 9-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində 10 azərbaycanlı fəal həbs edilib.

APA agentliyinin məlumat;na görə, onlar hazırda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin təcridxanasında saxlanılır.

Azərbaycanlı fəalların həbsinin səbəbləri məlum deyil. Lakin onların iyunun 10-na Güney Azərbaycanın müxtəlif şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsi ilə əlaqədar keçirilməsi planlaşdırılan kütləvi aksiyalara görə tutulduqları ehtimal edilir.

Həbs olunanların Nima Həsəni, Məhəmməd Məhəmmədi, Əta Kərimi, Milad Muxtari, Ruhullah Məzahiri, Əmir İbrahimlu, Yasin Hacızadə, Yasir Əkbəri, Mustafa Haşimi və Ehsan Bədrmilan olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG